إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Allahşükür Paşazadə Qazaxıstanda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək

Qazaxıstanda "Dünya dinləri və ənənəvi dinlərin liderlərin" 5-ci qurultayi keçiriləcək

Ahlibeyt.az-ın məlumatına görə, Dini liderlər və siyasətçilərin iştirakı ilə keçiriləcək konqres "Sülh və inkişaf üçün dialoq" devizi ilə iyun ayının 10-u və 11-də Qazaxıstanın paytaxtı Astana şəhərində baş tutacaq.

Qafqaz müsəlmanları İdarəsinin(QMİ) məlumatında bildirilir ki, QMİ sədri Allahşükür Paşazadə 10-11 iyun tarixlərində Astanada keçiriləcək Dünya  dinləri və ənənəvi dini liderlərin V Qurultayında Azərbaycan nümayəndə heyətinə başçılıq edəcək.

Qurultayın bu dəfəki mövzusu “Dini liderlərin və siyasi xadimlərin sülh və tərəqqi naminə dialoqu”dur. Əvvəlki qurultayların da iştirakçısı olmuş QMİ sədri, MDB Dinlərarası Şurasının həmsədri və MDB müsəlmanları Məşvərət Şurasının sədri Allahşükür Paşazadə qurultayda da məruzə ilə çıxış edəcək. Onun bir sıra görüşlər keçirəcəyi də nəzərdə tutulub.

Bu konqres hər 3 ildə bir dəfə Nursultan Nəzərbayevin təşəbbüsü ilə Qazaxıstanın Astanda yerləşən "Sülh"" sarayında keçirilir.

Qeyd edək ki,  3 il öncə  bu konqres "düyada mənəvi mədəniyyət ilə sülh " devizi altında keçirilmişdir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 İyun, 2015  14:12 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!