|
• DünyadaBirləşmiş Ərəb Əmirliklərində 120 ölkənin iştirakı ilə Quran yarışları keçiriləcəkBƏƏ-də 19-cu "Dubay mükafatı beynəlxalq Quran-Kərim yarışları" 120 ölkənin iştirakı ilə mübarək Ramazan ayının birindən 20-dək keçiriləcəkdir. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, 19-cu "Dubay mükafatı beynəlxalq Quran-Kərim yarışları"nın təşkilat komitəsinin katibi Ziyad əz-Zey İqna-ya müsahibəsində bildirib ki,bu ilki müsabiqə 120 ölkənin iştirakı ilə mübarək Ramazan ayının birindən 20-dək keçiriləcəkdir.Dəvətnamə göndərilən 120-ölkədən indiyədək 80 ölkə yarışlara qatılacağı barədə razılıq cavabı gəlib. Bu yarışlar Dubayın "Sənət və Ticarət konfransı salonu"nda keçiriləcəkdir. Burada məskunlaşdırma, tədqiqatçılar, informasiya, nəqliyyat servisi və toplantılar heyəti kimi xidmət qrupları yaradılacaqdır. Təşkilat komitəsinin katibi bildirib ki, yarışda iştirak edən bütün Quran fəallarına pul mükafatları veriləcək. Yarışların qaliblərinə mükafatın miqdarı,sıra ilə 250 min BƏƏ dirhəmi, 200 min və 150 min dirhəm, 1, 2 və 3-cü yerin sahibləri üçün nəzərdə tutulmuşdur. Həmçinin 4-cü yerdən 10-cu yerin sahibləri üçün ümumilikdə 350 min dirhəm pul ayrılmışdır. 11-ci yerdən başlayaraq bütün iştirakçılar üçün ümumilikdə 2 milyon nağd pul tədarük görülmüşdür. Yarışlara heç bir xarici KİV nümayəndəsi olunmayacaq və yalnız yerli KİV-lər bu yarışları işıqlandıra biləcəklər. Qeyd edək ki,1 BƏƏ dirhəmi -0.27 dollara bərabərdir Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 İyun, 2015 12:31 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |