إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İŞİD Iraqda böyük itkilər verir

İraqın Xalq Səfərbərlik Qüvvələri (könüllü briqadaları) Ənbar əyalətində İŞİD terror təşkilatının partlayıcı maddələr anbarını və hücuma hazırlanan iki minalanmış yük avtomobilini  vurub.

Ahlibeytşaz-ın İraq mətbuatına istinadla verdiyi xəbərə görə, avtomaşınlar ordu postlarına çatmamış partladılıb.

Məlumatda qeyd olunur ki, İraq könüllülərindən ibarət"Bədr"qruplaşmasının baş katibi hadi Əl-Amiri açıqlama verərək bildirib ki,Ramadinin şimalında yerləşən Nazim Əl-Sərsar bölgəsi terrorçulardan təmamən təmizlənib və bölgənin İŞİD işğalına son qoyulub.

Ölkənin müdafiə nazirliyinin və İraq Könüllü Xalq Birləşmələrinin məlumatlarında İŞİD mövqelərinə İraq aviasiyasının vurduğu zərbələr nəticəsinda 25 terrorçunun, Samirra yaxınlığında 5 terror düşərgəsinin,Əl-Ənbarın Hadisə bölgəsində terrorçuların olduğu 10 avtomobildən ibarət  karvanının məhv edildiyi bildirilir.

Qeyd edək ki, İŞİD İraq və Suriyada əsasən partlayıcı yığılmış və  əcnəbi vətəndaşlardan olan kamikadzelər tərəfindən idarə edilən maşınlar vasitəsilə irəliləyir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 İyun, 2015  12:21 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!