|
• Mənəviyyat • MənəviyyatSalavat namazı tamamlayırSalavat namazı tamamlayır Ərəb dilində salavat – “səlat” sözünün cəmidir. Bu söz həm namaz, həm də mərhəmət, bərəkət mənalarında işlədilir. Allah Təala "Əhzab" surəsinin 56-cı ayəsində buyurur: "Həqiqətən, Allah və Onun mələkləri daim Peyğəmbərə salam (salavat) göndərirlər. Ey iman gətirənlər, ona salam (salavat) göndərin və tamamilə (onun əmrinə) təslim olun". Bir kişi Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: "Biz bilirik ki, sizə necə salam vermək lazımdır. Ancaq sizə salavat göndərmək necə olmalıdır?". Həzrət Peyğəmbər (s) buyurur: "De: Allahummə salli alə Muhəmmədin və Ali-Muhəmməd". (Tirmizi, cild 5, səh. 359). İbni Həcər nəql edir ki, o Həzrət (s) buyurmuşdur: "Heç vaxt mənə naqis salavat göndərməyin". Soruşur: "Naqis salavat nədir?". Buyurur: Əgər "Allahummə salli alə Muhəmməd" desəz "və Ali Muhəmməd" deməsəz salavatınız naqisdir. ("Əlsəvaiqil-məhrəqə" səh. 225). Salavat söyləmək o qədər əhəmiyyətlidir ki, hətta namazda da bu vacib buyurulub. Təşəhhüd kəlmələrində Həzrət Mühəmmədin (s) adı çəkiləndən dərhal sonra salavat deyilməlidir. Cabir Cufinin nəql etdiyi rəvayətdə bildirilir ki,Salavat deyilmədən namaz qəbul edilməz. O İmam Sadiqdən (ə) belə eşitdiyini nəql edir: "اذا صلّی احدکم فنسی ان یذکر محمّدا و آله فی صلاته سلک بصلاته غیر سبیل الجنّه و لا تقبل صلاه الّا ان یذکر فیها محمّد و آل محمّد" Bəzən sizin namaz qılanlardan biri öz namazında Məhəmməd və Ali- Məhəmmədə salavat göndərməyi unudur.O namaz ilə behişt yolundan başqa bir yolu qət etmiş olur. Məhəmməd və Ali-Məhəmmədə salavat zikr edilməyən namaz kökündə qəbul deyil. Əhli-sünnə məzhəbinin banilərindən olan İmam Şafii salavatsız namazın batil olduğuna fətva vermişdir. Imam Şafii şeirlərinin birində yazırdı: Ey Allah Rəsulunun Əhli-beyti! Sizin məhəbbətiniz Allah tərəfindən nazil olmuş Quranda bizlərə fərz (vacib) bilinib. Sizin qədr-qiymətinizin ucalığı üçün bu kifayət edər ki, Hər kim Sizə salavat göndərməsə, onun namazı sayılmaz. Həzrət Rəsulullahdan (s) belə nəql edilir: "مَن صلّی صلاه لم یُصلّ فیها علیّ و علی اهل بیتی لَم تُقبل منه" Hər kim namaz qılsa Mənə və Mənim Əhli- Beytinə (ə) salavat göndərməsə namazı qəbul eidməz. Salavat namazı tamamlayır Zurarənin İmam Sadiqdən (ə) nəq etdiyi bir hədisdə qeyd edirlir ki, fitrə zəkatanı ödəmək orucun tamamlayıcısı olduğu kimi, Məhəmməd və Ali- Məhəmmədə salavat göndərmək də namazınızı tamamlayır. Əhli- beytin (ə) adını çəkmədən (yəni Ali- Məhəmmədə salavat göndərmədən) Peyğəmbərə (s) göndərilən salavat naqis və qüsurludur.Bü üzdən də Məhəmməd və Ali- Məhəmmədə yani Peyğəmbər (s) və Əhli- beytinə(ə) – tam salavat göndərmək namazın tam, kamil və bütöv olmasına səbəb olur. Hədislərdə qeyd olunur ki, hər hansı duanın və istəyin qəbul olması üçün əvvəl Həzrət Məhəmməd Peyğəmbərə (s) və Onun nəslinə salavat söyləmək lazımdır. Həzrət Əli (ə) buyurub: “Muhəmməd və Ali Muhəmmədə salavat göndərməyincə bütün dualar bağlı qalar ( qəbul olmaz)” (Təbərani. Əl-Möcəmül-əvsət) Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 İyun, 2015 12:27 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |