|
• Dünyadaİranda Ayətullah Musəvi Xomeyninin vəfatının 26-cı ildönümü keçirilirAyətullah Ruhullah Musəvi Xomeyni İrandakı şahlıq rejimi və Amerikanın İranın daxili işlərinə müdaxilələrinə qarşı mübarizə ilə başlayıb,nəticədə şah rejimi tərəfindən Türkiyəyə, sonra da İraqa sürgün edilb.O, İraqda sürgündə olduğu on üç il ərzində çox sayda şagird yetişdirməklə yanaşı, şahlıq rejiminin mahiyyəti ilə yanaşı Amerikanın İrandakı qanunsuz əməllərini ifşa etdi, və aydınlaşdırıcı bildirişlər yayaraq, İslam İnqilabının zəfər çalmasına şərait yaratdı.İran şahı bu mübarizənin təsirlərindən ehtiyatlanaraq keçmiş İraq hömumətinə etdiyi təzyiqlər nəticəsində Ayətullah Xomeyni Fransaya köçməyə məcbur edilmiş, sonda İrana qayıdışı İran İslam İnqilabının zəfər çalması ilə nəticələnib. Ahlibeyt.az-ın Salamnews-a istinadla verdiyi xəbərə görə, İmam Xomeyni(r.ə) məqbərəsində keçirilən mərasimdə İran xalq kütlələri həmçinin müxtəlif ölkələrdən gəlmiş qonaqlar qarşısında İran Ali dini rəhbəri Ayətullah Seyyid Əli Xamneyi və Prezident H.Ruahini çıxış edib. Ayətullah Xameneyi çıxışı zamanı qeyd edib ki,Biz İranda İmam Xomeyninin şəxsiyyətinin təhrif edilməsinə icazə verməməliyik. Onun yolunu itirsək, yaddan çıxarsaq yaxud bilərəkdən bu yolu tərk etsək, İran xalqı bundan zərbə alacaq. Ayətullah Xameneyi islam inqilabının banisinin dünya imperializmi və ABŞ-la bağlı səsləndirdiyi “Amerika böyük şeytandır” ifadəsini xatırladıb və İranın indi də Amerikaya inanmadığını bəyan edib. Qeyd edək ki, Ayətullah Musəvi Xomeyni 1989-cu il iyunun 3-də vəfat edib. Onun İranda həyata keçirdiyi inqilab, o zamanın mövcud siyasi prosesləri, dünyada siyasi proseslərin inkişaf və hərəkət istiqaməti və müsəlman ölkələrinin o vaxtkı vəziyyətini nəzərə alsaq, demək olar, XX əsrin ən böyük siyasi dəyişikliklərindən biri hesab olunur. Bu inqilab dünyada imperializm və sosializmin inkişaf etdiyi bir vaxtda sözügedən qütblərə meydan oxuyan bir cərəyan formalaşdırdı. İnqilabın həyata keçirdiyi yeni ictimai və siyasi model dini mənbələrdən qaynaqlandığından böyük əksəriyyətin təəccübünə səbəb oldu,İslam dünyasında həmin vaxtadək heç bir dini xadim “müctəhidin və din aliminin hakimiyyəti” kimi model yaratmamış, buna cürət belə etməmişdi. Bu inqilab İran daxilində 2500 illik şahlıq rejimini devirmək və ölkədə dini demokratiyanı bərqərar etməklə yanaşı, xaricdə də hegemonluğa qarşı yeni və barışmaz cəbhə yarada bildi. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 İyun, 2015 14:00 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |