|
QMI-də Ramazan ayının gəlişi münasibəti ilə tədbir keçirilibBu gün Qafqaz Müsəlmanları İdarəsində(QMİ) Ramazan ayının gəlişi münasibəti ilə tədbir keçirilib Ahlibeyt.az-ın apa-ya istinadən verdiyi xəbərə görə,QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının və dini icma rəhbərlərinin iştirakı ilə keçirilən tədbir Quran ayələrinin oxunması ilə başlayıb. Ramazan ayı münasibəti ilə QMİ Qazılar Şurasının və Elmi-dini Şuranın fətvası qəbul edilib. Fətvada deyilir: “Ramazan məqamı müsəlman dünyası üçün ilahi lütfdür, çünki Allahın öz bəndələrinə ən böyük neməti olan Qurani-Kərim məhz bu ayda nazil olub. Təsadüfi deyil ki, səhih hədislərdə orucluğun Allaha aid olduğu və mükafatının da Allahın Özü tərəfindən veriləcəyi bildirilir. Oruc ibadəti bir çox insan üçün həyatlarının dönüş nöqtəsinə çevrilir, günahlardan tövbə etməsinə və Allah yolunda xeyirxah işlər görməyə səbəb olur. Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq, Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini əhatə edən xüsusi təqvim və yaddaş kitabçası tərtib edib. Builki hesablamalara əsasən, Ramazan ayının 1-i miladi təqvimlə 18 iyun 2015-ci ilə təsadüf edir. Eydül-Fitr – Ramazan bayramı Şəvval ayının 1-i - iyul ayının 18-ə təsadüf edir və həmin gün bayram namazı qılınacaq. Bununla belə QMİ sədri qeyd edib ki,bu müqəddəs ayın daxil olması və bitməsi ilə bağlı ayın hilalının görünməsi əhəmiyyətli məsələ olduğu üçün məsələ ilə bağlı əlavə məlumat veriləcək Bildirmək istərdik ki, Azərbaycan hökuməti istər Qurban, istərsə Ramazan bayramlarının iki gün bayram edilməsi barədə qərar veribr. Qazılar Şurası din xadimlərimizə tövsiyə edir ki, bu əziz günlərdə dinimizdə müqəddəs sayılan şəxsiyyətlərlə yanaşı, torpaqlarımız, Vətənimiz uğrunda canlarından keçən qəhrəman övladlarımızın, o cümlədən, Qarabağ şəhidlərinin əziz xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun. QMİ Qazılar Şurası və Elmi-Dini Şurası din xadimlərimizə və dindarlara tövsiyə edir ki, Avropa oyunları günlərində xarici qonaqlarımıza zəngin mənəvi, tarixi-mədəni irsimizlə yaxından tanış olmaq imkanının yaradılması üçün əllərindən gələni əsirgəməsinlər”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 İyun, 2015 11:26 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |