إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İraq ordusu İŞİD-in 40 maşından ibarət hərbi karvanını məhv edib

İraq Hərbi-Hava Qüvvələrinin təyyarələri Ənbar əyalətinin əl-Qaim qəzası ərazisində böyük əməliyyat həyata keçirib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Salamnews "Al Alam" televiziya kanalına istinadla məlumatında bildirilir ki,hava zərbələri "İslam Dövləti" (İŞİD) terror təşkilatının Suriyadan İraq ərazisinə girən, əl-Qaimin Baquz və Rummanə bölgələri arasında hərəkət edən 40 maşından ibarət karvanını hədəfə alıb.

Ölkənin Xalq Səfərbərlik Qüvvələri (könüllü şiə briqadaları) bu hava zərbələrində İŞİD-in ən azı 300 üzvünün məhv edildiyini bildirib.

Xalq Səfərbərlik Qüvvələrinin bəyanatında terrorçuların maşın karvanının məqsədinin Ənbardakı hücumlara qatılmaq olduğu deyilir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 İyun, 2015  14:20 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!