
İraq Hərbi-Hava Qüvvələrinin təyyarələri Ənbar əyalətinin əl-Qaim qəzası ərazisində böyük əməliyyat həyata keçirib.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Salamnews "Al Alam" televiziya kanalına istinadla məlumatında bildirilir ki,hava zərbələri "İslam Dövləti" (İŞİD) terror təşkilatının Suriyadan İraq ərazisinə girən, əl-Qaimin Baquz və Rummanə bölgələri arasında hərəkət edən 40 maşından ibarət karvanını hədəfə alıb.
Ölkənin Xalq Səfərbərlik Qüvvələri (könüllü şiə briqadaları) bu hava zərbələrində İŞİD-in ən azı 300 üzvünün məhv edildiyini bildirib.
Xalq Səfərbərlik Qüvvələrinin bəyanatında terrorçuların maşın karvanının məqsədinin Ənbardakı hücumlara qatılmaq olduğu deyilir.