إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

46 mindən çox internet saytı təkfirçiliyi yayır və İŞİD-i təbliğ edir

Əlcəzairin Vəqflər və Dini İşlər nazirliyinin elan etdiyi xəbərə görə 46 mindən çox internet saytı təkfirçiliyi yaymaq, İŞİD-i təbliğ etmək və terroristlər toplamaqla məşğuldur.

Ahlibeyt.az-ın Shabestana istinadən verdiyi xəbərə görə,anadolupress-in məlumatında bildirilir ki,  Məhəmməd İsa "Dini Mediaların Beynəlxalq Toplantısı"nın ilk iclasındakı çıxışında bildirib ki,son araşdırmalara görə, 46 mindən çox internet saytı təkfirçiliyi, təkfirçilərin cihadını yaymaq və İŞİD-i təbliğ etmək, terroristlər toplamaqla məşğuldur. Bu saytların hamısı İŞİD-in maraqları üçün fəaliyyət göstərirlər.

O bildirib: "Bu internet saytları dünyanın müxtəlif yerlərindən, xüsusilə də Avropadan cavanları aldadaraq təkfirçi və cihadçı qruplara cəzb edirlər.Terrorizm və təkfirçiliyin azad şəkildə peyk kanallarında və internet saytlarında təbliği ifartçılığı və radikalizmi daha da təhlükəli hala gətirib çıxardır."

O, Əlcəzairin təhlükəsizliyini qorumaq üçün daha da diqqətli olmağın zəruriliyinə diqqət çəkərək qeyd edib ki,bəzi təhlükəsizlik mütəxəssisləri deyirlər ki, Əl-Cəzair dövlətinin davamlı şəkildə terroristləri təqib və məhv etməsinə baxmayaraq, yenə də ölkənin Şimaı-qərb regionlarının bəzi məntəqələrində "əl-qaidə" ilə bağlı qüvvələr mövcuddur. Son aylarda Əlcəzair dövləti minlərlə əsgəri Liviya, Mali, Nigeriya və Tunis sərhədlərində yerləşdirib ki, təkfirçilərin ölkəyə nüfuz etməsinin qarşısını alsın.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 İyun, 2015  13:05 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!