|
• DünyadaSuriyada İŞİD-in onlarla komandiri məhv edilib Suriya ordusunun qırıcıları ölkənin şimal-şərqində yerləşən Həsəka əyalətinin Şədadi rayonunda “İslam Dövləti" (İŞİD) terror təşkilatının mövqelərinə ağır zərbələr endirib.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Salamnews Suriya mətbuatına istinadla xəbər verir.
Müttəfiqlərin qırıcıları isə Rəqqa əyalətinin Təbəqa şəhərində İŞİD-in səkkiz maşından ibarət karvanını vurub. Burada Terror təşkilatının xeyli sayda komandiri məhv edilib.
Orduya məxsus qırıcılar Həsəkanın Şədadi rayonunda da İŞİD-in mövqelərinə ağır zərbələr endirib.
Suriya İnsan Hüquqlarını Müşahidə Qrupundan bildirilib ki, İŞİD-in nəzarətində olan klinikaya endirilən hava zərbəsində 65 nəfər ölüb ki, onlardan 22-si mülki vətəndaş, digərləri isə İŞİD terrorçuları və onların ailə üzvləri olub.
"FarsNews"un məlumatına əsasən, ordu qüvvələri Rəqqada İŞİD komandirlərinin toplaşdıqları istirahət məkanını vurub ki, burada da terrorçuların onlarla komandiri məhv edilib.
Mənbə bunu Suriya ordusunun İŞİD-ə qarşı həyata keçirdiyi ən ağır hava zərbəsi hesab edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 İyun, 2015 10:56 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |