1 İyun, 2015
Suriyada İŞİD-in onlarla komandiri məhv edilib


Suriya ordusunun qırıcıları ölkənin şimal-şərqində yerləşən Həsəka əyalətinin Şədadi rayonunda “İslam Dövləti" (İŞİD) terror təşkilatının mövqelərinə ağır zərbələr endirib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Salamnews Suriya mətbuatına istinadla xəbər verir.

Müttəfiqlərin qırıcıları isə Rəqqa əyalətinin Təbəqa şəhərində İŞİD-in səkkiz maşından ibarət karvanını vurub. Burada Terror təşkilatının xeyli sayda komandiri məhv edilib.

Orduya məxsus qırıcılar Həsəkanın Şədadi rayonunda da İŞİD-in mövqelərinə ağır zərbələr endirib.

Suriya İnsan Hüquqlarını Müşahidə Qrupundan bildirilib ki, İŞİD-in nəzarətində olan klinikaya endirilən hava zərbəsində 65 nəfər ölüb ki, onlardan 22-si mülki vətəndaş, digərləri isə İŞİD terrorçuları və onların ailə üzvləri olub.

"FarsNews"un məlumatına əsasən, ordu qüvvələri Rəqqada İŞİD komandirlərinin toplaşdıqları istirahət məkanını vurub ki, burada da terrorçuların onlarla komandiri məhv edilib.

Mənbə bunu Suriya ordusunun İŞİD-ə qarşı həyata keçirdiyi ən ağır hava zərbəsi hesab edib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3182.html