|
• DünyadaRadikal qruplaşmalar Liviyada tarixi abidələri ağır texnika vastəsilə məhv edir - YUNESKOLiviyada silahlı radikal qruplaşmalar ölkənin tarixi və mədəniyyət abidələrini tamamilə məhv edirlər. Ahlibeyt.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə YUNESKO-nun müşaviri, dünya irsinin ərəb regional mərkəzinin müdiri Munir Buşenaki bildirib. “Liviyada tarixi və mədəniyyət abidələrinin qorunması sahəsində çox gərgin vəziyyət yaranıb. Onlar qəsdən ağır texnika, ekskavatorlar vasitəsilə tamamilə məhv edilir” – deyə Buşenaki bildirib. Onun sözlərinə görə, ekstremistlər hətta Tadrart Akakus dağ massivindəki eramızdan əvvəl 12000-ci ilə aid edilən qayaüstü təsvirləri məhv etməyə başlayıb. Liviyadakı tarixi abidələrin qorunub saxlanılması məqsədi ilə Mərkəz Bəhreyndə Liviya muzeylərinin əməkdaşlarının görüşünü keçirmək niyyətindədir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 May, 2015 11:26 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |