إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Xameneyi - "Bütün problemlərin həlli Quran hökmlərinin qarşısında təslim olmaqdır"

"Bütün problemlərin həlli Quran hökmlərinin qarşısında  təslim olmaq, modern cahiliyyətin önündə isə dik duraraq müqavimət göstərmək və bu cahiliyyətin göstərdiyi zorakılığa təslim olmamaqdır".

Ahlibeyt.az-ın  shabestan-a istinadən  verdiyi xəbərə görə bunu  Həzrəti Əbəlfəzl Abbasın mübarək mövlud günü İranın Ali dini Lideri Ayətullah Seyyd Əli Xameneyi  İranda keçirilən 32-ci Beynəlxalq Quran müsabiqəsinin iştirakçıları ilə görüçü zamanı səsləndirmişdir

Həzrət Ayətullah Üzma Seyid Əli Xameneyi bu görüşdə Quran-Kərimin müsəlmanların fərdi və ictimai həyatlarının bütün sahələrində əsas rola malik olduğunun zəruriliyini və bunun üçün  müsəlmanların iki əsas xüsusiyyətə - "bəsirət" (uzaqgörənlik, yüksək dünyagörüşü, ayıq-sayıqlıq) və "əzm və iradə"yə malik olmalarını  vurğulamışdır.

O əlavə etmişdir: "Bu gün İslam dünyası daxili savaşlar, ixtilaflar, kasıbçılıq və digərlərinin önündə güc zəifliyindən əziyyət çəkir ki, bunun da başlıca səbəbi onlara cahiliyyət dövrünün idarəetmə sistemlərinə oxşar hakimiyyətlərin hökmranlıq etməsidir. Bunun  çarəsi bu modern cahiliyyətin önündə dik durmaq, müqavimət göstərmək və bu cahiliyyətin göstərdiyi zorakılığa təslim olmamaqdır."

Ali Dini Lider demişdir;Bütün problemlərin həlli Quran hökmlərinin qarşısında təslim olmaqdır.Quranın hökmləri bizim həyatımızın bütün sahələrində əsas rola malik olmalıdır və Quran məclislərinin keçirilməsi və bu kimi tədbirlər Quran əxlaqına sahiblənmək üçün bir başlanğıcdır. Əgər Quran hədəfləri istiqamətində bir addım atılarsa, Allah sonrakı addımlar üçün daha artıq güc verəcəkdir. Bunu İran milləti dəfələrlə təcrübə edib. Zorakılıqlar qarşısında müqavimət və dözüm göstərərək daha da böyük nailiyyətlər qazanıb.

O bildirmişdir ki, düşmənlər tərəfindən müsəlmanlara qarşı işlədilən əsas və təsirli silah İslam dünyasında "ixtilaf" və "təfriqə" yaratmaqdır. İslam dünyasında "ixtilaf" və "təfriqə" yaratmaq, müsəlmanları şiə və sünni, ərəb və əcəm, tayfa və milliyyətlər kimi faktorlarla parçalamaq düşmənin bir nömrəli proqramıdır. Buna görə biz  oyaq olmalı, ixtilaf və təfriqə nidasından uzaq durmalıyıq ki, İslam və Quranın düşmənləri üçün alət olmayaq. Bunun üçün isə "bəsirət" və "iradə" lazımdır ki, dostu və düşməni tanıya bilək və düşmənin bu hiyləsinin qarşısında dayanaq.

O, qeyd etmişdir ki, alimlər, ziyalılar, yazıçılar, tələbələr, tədqiqatçılar və Quran hafizləri və qiraətçilərinin üzərinə daha artıq məsluiyyət düşdüyünü, xalqda Quranın dəvət etdiyi yola inam və ümidvarlıq hissi yaradılmalı olduqunu vurğulayıb.

Ayətullah Xameneyi çıxışının sonunda bildirmişdir ki; İslami Oyanış elə bir həqiqətdir ki, onu məhv etmək mümkün deyil və onun təsirləri hər gün daha artıq yayılmış olacaq.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 May, 2015  15:22 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!