إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Camaat namazının fəziləti

Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin! (Bəqərə surəsi / 43)

İmam Sadiq (ə) buyurur: "Birinci camaat namazı ki, əda olundu,həmin gün idi ki, həzrət peyğəmbər (c) namaz qılırdı və Əmirəlmöminin Əli ibn Əbu Talib onunla bir yerdə idi.

Namazın əsl hökmü camaatladır, dinin əsası ictimaiyyətdir və camaatdan uzaq düşmək din tərəfindən bəyənilməyib. Allahın dəvəti namaz qılmaq, zəkat verib camaat namazında iştirak etməkdir.

Rəsuli Əkrəm (c) buyurdu: "Hər kəs öz ayağı ilə camaat namazına görə məscidə tərəf gedə, hər addım götürüb-qoyduqca əməl dəftərinə min savab yazırlar. Və yetmiş min dərəcə onun üçün əta edirlər. Əgər bu ölənə qədər davam etsə, qəbrə görüşünə gedib təklikdə həmdəm olmaq və bağışlanmasını tələb etmək üçün Haqq təala yetmiş min mələyi ona müvəkkil edər.”

Namaz qılın deyəndən sonra ruku edənlərlə ruku etməyə əmr edilir ki, bu da camaat namazının əhəmiyyətini bildirir.Ruku camaat namazının mühüm hissələrindən biridir.Camaat namazı ruku ilə izah olunub.

Namaz qılın! Yəni özünüz tək namaz qılmayın. Elə edin ki, namaz insanların arasında nur saçsın. İnsanlar da eşq və həvəslə ona tərəf gəlsinlər. "Namaz qılın” ifadəsi buna işarədir ki, sizin namazınız təkcə zikr və dua olmasın, onu kamil şəkildə oxuyun. Onun ən gözəl rüknü qəlbin diqqətli və Allah qarşısında hazır olmasındadır. Namazın təsiri insanın ruhunda və canındadır.

Həsən Siqəl Əbu Əbdullah İmam Sadiqdən (ə) camaatın ən az sayı barədə soruşdu. İmam buyurdu: "Bir kişi bir qadın və əgər heç kəs belə məsciddə olmasa belə mömin təklikdə camaatdır. Azan və iqaməni deyəndə iki cərgə mələk onun arxasında namaza durur. Və əgər tək iqamə desə, bir cərgə mələk ona iqtida edir.”

Ayədə bir neçə nöqtəyə işarə olunub: Əvvəl insanın Allaha qovuşması (namaz qılın),sonra insanlara qovuşmaq (zəkat verin),Nəticədə insanların Allah yolunda bir-birlərinə qovuşması;

Peyğəmbər Əkrəm (c) buyurur: "Yeddi əməli yerinə yetirmək üçün Cəbrayıl arzu etdi ki, kaş o Adəm övladlarından olaydı. O əməllərdən biri camaat namazı qılmaqdır.”

Allahın əmri cəm olmaq və bəndələrin birlikdə ibadət etməsinədir.Camaat namazının insanın inkişaf və ali məqamlara çatmasında məxsus təsiri var.Allahın seçdiklərinin cəmiyyətdə olmaları lazımdır. Allahın əmri bəndələrin vəhdət və birliyinə ibadətin şüası altındadır.

İmam Sadiq (ə) buyurur:Gözləri görməyən bir kişi peyğəmbərin yanına gəlib buyurur- "Ya rəsulallah, mənim gözlərim görmür, amma məscidin azanını eşidirəm, əsamdan tutan yoxdu ki, məni camaat namazına gətirsin.” Həzrət buyurdu: "Evindən məscidə qədər ip bağla (əsandan tutan olmayanda). O, ipdən tut və özünü namaza çatdır.”

Quran buyurur - "Ey Məryəm! (bu nemətin şükrü üçün) öz Allahına itaət və səcdə et və ruku edənlərlə birlikdə ruku et.”(Ali İmran ayə 43)

Həzrət Məryəmin Allahın qarşısında itaət, səcdə və ruku etməsinə qərar verilib. Mələklərin Həzrət Məryəmlə söhbətləri və fərmanları,onun pak itaət etməyi barəsindədir.

Birlikdə ibadət etmək və camaat namazı keçmiş zamanlarda da olub. Birlikdə ibadət etməyin əhəmiyyəti və təsiri insanın inkişaf və ali dərəcəyə çatması üçündür. Belə nəzərə çarpır ki, Allahın əmri həzrət Məryəmə onun ali dərəcəyə çatması üçündür.

Qadınların camaat namazında kişilərlə birlikdə namaz qılmasının(bunun xüsusi şərtləri var) icazəli olduğuna işarə edən ayələr var . Yuxarıdakı qeyd olunmuş ayədə həzrət Məryəmə əmr olunmamamışdı ruku et yalnız ruku edən qadınlarla. Belə buyurulmuşdur ki, ruku et ruku edənlərlə. (İstər qadın olsun, istər kişi).

Həzrət Məryəmin namaz qılanlarla birgə namaz qılmasına(camaat namazı) qərar verilib. Qadınların ictimai ibadətlərdə hazır olmaları sifariş olunub

Həmçinin ayədən aydın olur ki,keçmiş zamanlarda da ibadət ruku və səcdəyləmiş. Camaat namazında, ruku mühüm rol oynayır və camaat namazı ruku ilə təbir olunub, onun xas əhəmiyyəti məlum edilir.

Allah üç neməti həzrət Məryəm üçün qiymətli saydı, pak və başqalarından üstün qərar verdi. Bu üç nemətin qarşısında üç məsuliyyət istədi: Qunut, Səcdə və Ruku. Belə görünür ki, üç nemətin hər biri bir məsuliyyət qarşısındadır.

Allahın rəsulu, (c) buyurur: Elə ki, müəzzin "Əşhədu ənla ilahə illəllah”, deyir Allah-taala buyurur: "Ey Məhəmmədin ümməti harda olsanız bir neçə camaat namazına məşğul olun”.

Loğman övladına: "Oğlum! Əgər nizənin üstündə də olsa belə namazı camaatla qıl!”

Namazı camaata görə təxirə salmaq:

Cəmil ibn Saleh imam Sadiqdən (ə) sual etdi: "Bunlardan hansı daha fəzilətlidir-İnsanın namazını vaxtında qılması, yoxsa əgər məscidin imamı varsa, məscid əhli ilə birlikdə camaat namazı qılmaq üçün namazını bir qədər təxirə salması?"

Həzrət buyurdu: " Əgər məscidin imam camaatı varsa namazı təxirə salsın məscid əhli ilə namaz qılsın".

Peyğəmbəri Əkrəm (c) can verən halda idi. Mədinənin müəzzini Bilalın səsi eşidildi. Sübh azanı Mədinədə başlandı. Allahın rəsulu (c) qalxıb dəstəmaz aldı. Bir əlini həzrət Əlinin (ə) və o biri əlini Fəzl ibni Abbasın çiyninə qoyub çox çətinliklə məscidə gəldi. Sübh namazını camaatla birlikdə qılıb evə döndülər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 May, 2015  16:21 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!