إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Gürcüstan paytaxtında “Kərbəla Qəhrəmanlarının mövludu” adlı bayram tədbiri keçirilib (FOTO)

Gürcüstan paytaxtı Tbilisi Cümə məscidində Kərbəla qəhrəmanlarının mövludu qeyd olunub.

Ahlibeyt.az-ın məlumatına görə, Tbilisi “Cümə” məscidində Cənnət cavanlarınının sərvəri, Şəhidlər ağası İmam Hüseynin (ə), Abidlərin zinəti İmam Səccadın (ə) və Hacətlər qapısı Həzrət Əbəlfəzl Abbasın (ə) təvəllüdləri münasibəti ilə bayram mərasim keçirilib.

mövlud mərasimində Gürcüstan Müsəlmanları İdarəsinin sədri hacı Ramin İgidov imamların islam dünyası üçün örnək olan xüsusiyyətlərindən söz açıb.

Tədbirdə İmam Səccadın (ə) təvəllüdü günü üçün Gürcüstanda yenicə işıq üzü görmüş “Səhifeyi Səccadiyyə” kitabının təqdimatı oldu. Məclisdə iştirak edən qonaqların hər birinə həmin kitab və “İman” jurnalı hədiyyə olunub.

 


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 May, 2015  14:18 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!