|
• Mənəviyyat • NamazNamaz - Əhli-beyt kəlamlarındaİmam Sadiq (ə) buyurur: “Həqiqətən bizim şəfaətimiz namazı yüngül sayanlara çatmaz”. (Onlar şəfaətimizdən məhrum olarlar). (Biharul-ənvar 82/ 236) Sizi Səqərə(cəhənnəmə) salan nədir? Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik. Kasıbı da yedizdirməzdik. Batil sözlər danışanlarla birlikdə biz də danışardıq, və qiyamət gününü yalan hesab edərdik ölüm bizi yaxalayana qədər”. Odur ki, şəfaət edənlərin şəfaəti onlara fayda verməz. Onlara nə olub ki, nəsihətdən üz döndərirlər? (Müddəssir surəsi 42- 49) Rəsuli-Əkrəm (s) buyurur: “Namazını yüngül sayanlar məndən deyil. Allaha and olsun ki, belə bir şəxs mənim yanıma (Kövsər hovuzuna) gələ bilməz. (Yəni belə şəxs ummətin yaxşı adamalrının Peyğəmbərin mərhəmət və lütfünə şamil olunduqları yerə daxil olmaz və Həzrətin ümmətindən sayılmaz)”. (Mən la yəhzurul-fəqih 1/ 206) -“Vacib namaz Allah yanınıda yaxşı qəbul olunmuş min həcc və min ümrəyə bərabərdir”. (Biharul-ənvar 99/14) -“Namazda elə halda ol ki, sanki ömrünün sonuncu namazını qlırsan (Biharul-ənvar 69/ 408) - Möminin şərəfi gecə yuxudan qalxıb namaz qılmaq, izzəti isə başqalarından ehtiyacsız olmaqdır”. (Biharul-ənvar 77/ 120) İmam Əmirəl-möminin Əli (ə) buyurur: “Əgər namaz qılan şəxs Rəbbinin sonsuz rəhmətinin onun halına necə şamil olunduğunu bilsəydi heç vaxt başını səcdədən götürməzdi”. (Təsnifu Ğurərul-hikəm 175) İmam Baqir (ə) buyurur: “Qiyamət günü bəndədən soruşulan ilk əməl namazdır, əgər namaz qəbul olunsa sair əməllər də qəbul olunacaqdır, əks halda sair əməllər ona heç bir fayda verməyəcəkdir”. (Biharul-ənvar 7/ 267) İmam Sadiq (ə) buyurur: “Həqiqətən bizim şəfaətimiz namazı yüngül sayanlara çatmaz”. (Onlar şəfaətimizdən məhrum olarlar). (Biharul-ənvar 82/ 236) - “Gecə namazını əldən vermə! Həqiqətən ziyankar o şəxsdir ki, gecə namazından məhrum olsun”. (Biharul-ənvar 83/ 127) - “Üç şey möminin fəxri, dünyada və axirətdə zinətidir: Gecənin axrında namaz qılmaq, xalqın malına göz dikməmək, Məhəmməd (s) övladlarından olan İmamın vilayətini qəbul etmək”. (Biharul-ənvar 75/ 107) Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 May, 2015 15:21 ⁄ Çap
Bu bölmədə8 Noyabr, 2017 Namaz qılınmasını öyrədən ilk mobil proqram - FOTO12 Aprel, 2012 Hz.Zəhraya(s.ə) İstiğasə namazı6 Oktyabr, 2011 Gecə namazı8 Noyabr, 2009 Namazın sözləri və tərcüməsi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |