إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Namaz qılınmasını öyrədən ilk mobil proqram - FOTO

Həzrət İmam Hüseynin (ə) ziyarətgahının nəzdində fəaliyyət göstərən "Darul-Quran" idarəsi namazın qiraətini səhih oxunması üçün proqram hazırlanıb.


Həzrət İmam Hüseynin (ə) ziyarətgahının nəzdində fəaliyyət göstərən "Darul-Quran" idarəsi namazın qiraətini səhih oxunması üçün proqram hazırlanıb.

Ahlibeyt.az-ın məlumatına görə, proqramda Namazın sözlərinin və zikrlərinin düzgün qiraətindən əlavə Quran- Kərimin adətən namazda "Fatihə" surəsindən sonra oxunan beş kiçik surəsinin də (İxlas, Kövsər, Nəsr, Qədr və Əsr surələrinin də) düzgün qiraəti öyrədilir.

Bu proqramda əvvəlcə namazın qiraətində geniş şəkildə yol verilən səhvlər göstərilir və daha sonra onları təshih etmək və düzəltmək qaydaları öyrədilir.

Proqramı hazırlayan proqramçı Mustafa Tayi bu proqramın İslam dünyasında misilsiz olduğunu vurğulayaraq deyib ki, proqram istifadəçinin səsini və qiraətini eşidir, təkrar edir, səhvini göstərir və səhvini necə düzəldəcəyini də öyrədir.

Bu proqramı Android platforması üçün "Google play"dan endirə bilərsiniz və proqramın İOS platforması üçün nüsxəsi də tezliklə istifadəçilərin ixtiyarına veriləcək.(iqna.ir)

 

تولید نرم‌افزار «تصحیح قرائت نماز» توسط آستان حسینی


تولید نرم‌افزار «تصحیح قرائت نماز» توسط آستان حسینی

تولید نرم‌افزار «تصحیح قرائت نماز» توسط آستان حسینی

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Noyabr, 2017  11:26 Çap

Bu bölmədə

6 Oktyabr, 2011
Gecə namazı

© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!