|
• DünyadaFransada İslam Peyğəmbərinin (s) həyatı barədə sərgi keçiriləcəkƏziz İslam Peyğəmbərinin (s) "besət" bayramı münasibəti ilə sabah, 17 may 2015-ci il tarixində Fransanın Marsel şəhərində "Məkkə və Mədinədən Marselə qədər" devizi ilə sərgi düzənlənəcək. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə İqna agentliyinin saphirnews-a istinadən verdiyi məlumata görə İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) "Məbəs" günü, peyğəmbərliyə seçildiyi gün, münasibəti ilə Fransanın cənubunda Marsel şəhərində "Məkkə və Mədinədən Marselə qədər" devizi ilə sərgi keçiriləcək. Sərgi may ayının 17-də Marselin "İslah məscidi" və "Hamımız Peyğəmbərin (s) ətrafında birləşək" təşkilatının dəstəyi ilə keçiriləcək. Qeyd edək ki, "Məkkə və Mədinədən Marselə qədər" şüarı ilə keçirilən sərginin haşiyəsində "Peyğəmbərin (s) yaşayış tərzi" və "Bu gün Onun haqqında necə danışmalıyıq" adlı konfransların da keçirilməsi sərgi proqramına daxil edilib. Həmçinin May ayının 14-də Fransanın "Sulil" radiosunda professor Nurəddin Övsət "Besət bayramı" ilə bağlı çıxış edib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 May, 2015 17:52 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |