إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İranlı general humanitar yüklərlə bağı Ərəbistan və ABŞ-a müharibə xəbərdarlığı etdi

Ərəb koalisiya qüvvələrinin rəsmi nümayəndəsi, briqada generalı Əhməd Asiri bəyan edib ki, koalisiya İranda toplanan humanitar yardımın olduğu gəminin mənzil başına çatmağına ilkin razılıq və BMT-nin icazəsi olmadan imkan verməyəcək.

Ahlibeyt.az-ın İran mediasına istinadən verdiyi xəbərə görə, İran ordusunun Baş Qərargah rəisinin müavini, briqada generalı Məsud Cazayeri bildirib ki, rəsmi Tehran içərisində humanitar yardım olan və Yəmənə yollanan “İran şahid” gəmisinə hücum etməyə cürət edən istənilən dövlətə qarşı müharibəyə başlayacaq.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-mayor Məsud Cəzayeri "Al Alam" telekanlı ilə müsahibədə xəbərdarlıq edib ki, əgər İran İslam Respublikasının Yəmən xalqına olan humanitar yardımlarını daşıyan gəmilər üçün problemlər yaradılarsa, elə bir atəş alovlanacaqdır ki, onun söndürülməsi Ərəbistan ilə Amerikanın ixtiyarından kənarda olacaq.

General-mayor Cəzayeri İranın Yəmən xalqına olan humanitar yardımlarını daşıyan gəminin Yəmənin Əl-Hədid limanı sahillərinə çatması üçün Ərəbistanın maneçilik törədəcəyi  halda nəzərə almalıdır ki, İranın da təmkinliliyinin müəyyən həddi var.

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Ərəbistanın yeni hakimiyyətinə  və ABŞ-a tövsiyə edibdir ki, Yəmənin məzlum xalqına ünvanlanan İranın və digər ölkələrin humanitar yardımlarına mane olmasınlar.

Bununla yanaşı, İran Qırmızı Aypara Cəmiyyəti hava yolu ilə Yəmənə humanitar yardımlar göndərməsi barəbə məlumat verib  və bildirib ki, atəşkəsin elanından sonra humanitar yardımlar daşıyan ilk İran təyyarəsi çərşənbə günü Cibuti vasitəsilə Yəmənə uçacaq.

Qeyd edək ki,Ərəbistan tərəfindən Yəməndə elan olunan 5 günlük atəşkəs yerli vaxtla çərşənbə axşamı gecə daxil olub. Lakin Səudiyyə Ərəbistanı qırıcı təyyarələrinin atəşkəs başlandığı zamandan bəri Yəmənin müxtəlif bölgələrinə hücumları davam edir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 May, 2015  12:00 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!