|
• DünyadaAyətullah Nimrin edam hökmünün icrası Səud rejiminin süqutuna başlanğıc olacaqİraqın "Siyasi Təfəkkür Mərkəzi"nin rəhbəri Ehsan əş-Şəmri Səudiyyə Ərəbistanı məhkəmisi tərəfindən Ayətullah Şeyx Baqir ən-Nimr haqqında çıxarılan edam hökmünü vəhabi rejiminin süqutunun başlanğıcı olduğunu bildirib. Ahlibeyt.az-ın İqna-ya istinadən verdiyi xəbərə görə Ehsan əş-Şəmri Səudiyyə tanınmış alim və ruhanisi olan Ayətullah Şeyx Nimr Baqir ən-Nimrin haqqında çıxarılan edam hökmünü bu terrorist dövlətin ən böyük səhvi adlandıraraq bunun ciddi nəticələrinin olacağına işarə edib. O bildirib ki, bu edamın gerçəkləşməsi "vəhabi rejimi" olan Ərəbistan dövlətinin daxilində əks siyasi hərəkətlərin başlanmasına əsas amil və Səudiyyə rejiminin süqutunun başlanğıcı olacaq. Ehsan əş-Şəmri qeyd edib ki, Ayətullah Nimrin haqqında çıxarılan edam hökmünün icrası şahlığın daxilində şahzadələrin arasında olan çəkişmələri gücləndirəcək,Kral ailəsinə daxil olan bəzi şahzadələrin hökümün icrasına qarşı olması bu rejimin daxildən dağılmasına səbəb olacaqdır. Ehsan əş-Şəmri bildirib ki, Ərəbistan Yəmən böhranı və Ayətullah Baqir ən-Nimrin haqqında çıxarılan edam hökmünün icrası ilə özünün regiondakı qüdrətini göstərmək istəyir. Çünki Ərəbistan rejimi İranın Qərb ilə nüvə məsələsində müzakirələrinin müsbət nəticəsindən çox narahatdır və bu razılaşmanın əleyhinədir. Qeyd edək ki, Ərəbistanın şiələr yaşayan regionlarında, o cümlədən "əş-Şərqiyyə" məntəqəsinin "Əvamiyyə" şəhərində keçən şənbə günündən başlayaraq Şeyx Nimrin edam hökmünə etiraz olaraq etiraz aksiyaları keçirilir. Həmçinin Şeyx Nimr haqqında bu siyasi edam hökmünün çıxarılması daxili və beynəlxalq təşkilatlar tərəfindən etirazla qarşılanıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 May, 2015 15:00 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |