|
• DünyadaİŞİD terror qruplaşması İraqda məscid qarşısında törədilən terror aktını öz üzərinə götürdüİŞİD terror qruplaşması cümə günü İraqda törədilən terror aktlarının məsuliyyətini öz üzərinə götürüb.Ahlibeyt.azın verdiyi xəbərə görə bu barədə Ria agentliyi terror qruplaşmasının veb saytına istinadən məlumat yayımlayıb. Qeyd edək ki, İraqın şərqində məscidin qarşısında törədilən iki partlayış nəticəsində 18 nəfərin həyatını itirdiyi, 37 nəfərin xəsarət aldığı bildirilir.Partlayış dindarların cümə namazından sonra məsciddən çıxdıqları vaxt baş verib. Partlayıcı qurğu məscidin qarşısında saxlanılan avtomobilə qoyulub. Birinci partlayışdan sonra terrorçu-kamikadze ikinci partlayıcı qurğunu işə salıb.
Digər terror aktı Bağdadın şimal şərqinin 75 km-də yerləşən Kənan şəhərində baş verib. Burada İmam Hüseyn məscidində cümə namazından çıxan insanların arasına daxil olan terrorçu kamikadze özünü partladıb. Nəticədə azı 4 nəfər həlak olub, 18 nəfər isə yaralanıb.Ölən və yaralananlar arasında təhlükəsizlik qüvvələrinin əməkdaşları olduğu da bildirilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 May, 2015 10:47 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |