إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Vicdanınızı arayın, bəlkə də tapıldı

İstər dünyada, istərsə də ölkəmizdə müəyyən qruplar və insanlar var ki, dinimizə, Kitabımıza, ümmətimizə qara yaxmağa fürsət arayır. Növbəti belə fürsət isə Əfqanıstanda Fəxrundə adlı qadının guya Quran yandırmasına görə qətlə yetirilməsi oldu.

Durmadan, dayanmadan, fasilə vermədən islmofoblar bu hadisəni önə çəkir, İslamın əsl siması kimi təqdim edirlər. Amma nədənsə bu qətllə əlaqəli elə müsəlman höküməti tərəfindən 50-yə yaxın Əfqanıstan vətəndaşının həbs edildiyi unudulur. Nədənsə İslamın barışa və sülhə səsləməsi deyilmir. Başqa vaxt, sərf edəndə qabardılan “caninin milləti və dini olmur” deyimi də yaddan çıxır. İndi neyləyək, cinayətkarları dininə görə saf-çürük edəkmi? Məsələn, Hitleri, Napoleonu xatırlayaq, onlara görə bütün xristianlara lənət yağdıraq? Ya dünyanın silsilə qatillərinin adını sadalayıb kilsəyə gedənləri adamyeyən adlandıraq? Təbii ki, bunu etməyəcəyik. Çünki o zaman qarşı tərəf kimi vicdanı aparıb atmalıyıq Xəzər dənizinə.

Əlbəttə, kimsə sonuncu iddiamızı böhtan hesab edə bilər. Amma əbəs yerə. Müsəlman sübutsuz danışmaz. Məsələ burasındadır ki, Fəxrundənin qətlindən sonra əfqan xalqı ayağa qalxdı, qatillərə lənət yağdırmaqla kifayətlənməyib sosial fəallıq göstərdi. Bu fəallığın tərkib hissəsi də qətl hadisəsinin səhnələşdirilməsi oldu. Təəssüf ki, bir çox saytlar və FB səhifələri həmin səhnələrin fotolarını yayaraq bunun guya faciənin orijinal şəkilləri olduğunu bəyan etdilər. Nə utanmadılar, nə də vicdan əzabı keçirmədilər. Yalanı bayraq edib öz aləmlərində haqq mübarizəsinə qalxdılar. Və çox təəssüf ki, bu KİV təmsilçiləri sırasında Azərbaycan saytları və səhifələri də var.

Sonda isə sözügedən hadisənin səhnələşdirilməsindən çəkilən videonu oxucularımıza təqdim edir, bəzi üzdəniraq media mənsublarını isə itirilmiş vicdanlarını ciddi cəhdlə aramağa dəvət edirik.

Mənbə:İslam.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 May, 2015  12:30 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!