|
• DünyadaKəbə ətrafında genişləndirmə işləri zamanı sökülən tarixi tağlar bərpa edilib-fotoSəudiyyə Ərəbistanı rəhbərliyi tərəfindən Kəbə ətrafında Həram-i Şərif-i genişləndirmə işləri zamanı sökülən Osmanlı dövrünə aid tağlar yerlərinə bərpa edilib. Ahlibeyt.az-ın AnsPress-ə istinadla verdiyi məlumata görə, tağlar prezident Rəcəb Tayyib Ərdoğanın başladığı işlərdən sonra yerinə qaytarılıb. Qeyd edək ki, Kəbədə genişləndirmə işləri bir neçə ildir başlayıb. Bu layihəyə görə, Kəbənin 770 000 nəfərin təvaf etdiyi 356 000 kvadratmetrlik ərazisi 1.2 milyon möminin təvaf edə biləcəyi 456 000 kvadratmetrə çatdırılacaq. Lakin bu tağların uçurdulacağı ilə bağlı xəbərlər böyük qalmaqala səbəb olmuşdu. Bu şayiədən sonra o zaman baş nazir olan Rəcəb Tayyib Ərdoğan da işə başlamışdı. Abidələr Türkiyədən Ərəbistana gedən memar, mühəndis və tarixçilərdən ibarət 200 nəfərlik qrup tərəfindən əslinə uyğun olaraq bərpa edilib və yerinə yerləşdirilib. Kəbə ətrafındakı tağların hazırlanması Sultan II Səlimin dövründə başlayıb, oğlu Sultan III Muradın zamanında tamamlanmışdı. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 May, 2015 11:48 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |