إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Vorkutada Məkkə vaxtı ilə namaz qılınacaq

Rusiyanın Vorkuta şəhərinin müsəlman əhalisi yay fəslində günəşin qürüb etməsi müşahidə edilmədiyinə görə öz gündəlik namazlarını və yay fəslinə təsadüf edəcək oruclarını Məkkə üfüqü və  vaxtı ilə hesablanması qərarına gəliblər.

Ahlibeyt.az-ın İnterfaks-a istinadən verdiyi məlumata görə, Vorkuta müsəlanlarının rəhbəri və imamı bildirib ki,bu ərazilərdə yay fəsli zamanı günəş demək olar ki,üfüq xəttindən aşağı düşüb qürub etməsini müşahidə etmək mümkün olmur. Rusiyanın bəzi şimal bölgələrdə də oxşar vəziyyət yaşanır və da çıxış yolu kimi azan vaxtı Məkkə üfüqü ilə hesablanır, biz də onların təcrübəsindən istifadə edirik.

İcma rəhbəri bildirib ki, Vorkutada məscid olmadığından müsəlmanalar yaşayış binalarından birini birinci mətrtəbəsində camaat namazlarını qılırlar. Müsəlmanlar burada 2009- cü ildən məscid tikmək üçün torpaq sahəsi alsalar da, vəsaitin çatışmamazlığına görə məscidi tikintisi təxirə salınıb.

Məlumatda qeyd olunur ki, Komi saknləri burada məscid timək üçün 20 milyon rubl topalaya biliblər.Yaxın zamanlarda məscidn inşasına başlnılması ümid edilir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 May, 2015  19:04 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!