إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Tbilisidə “Haqqa sarı” kitabının təqdimat mərasimi keçirilib

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin(BGMİ) təşəbbüsü və dəstəyi ilə  Tbilisi“Ambasador” hoteli konfrans salonunda İmam Əli(ə)nin mövlud mərasimi çərçivəsində  Gürcüstanın yüz otuzdan çox şair və yazıçısının dini, mənəvi və tərbiyəvi sahədə yazdıqları əsərlərinin toplusu olan “Haqqa sarı” kitabının təqdimat mərasimi keçirilib.

Ahlibeyt.az-ın məlumatına görə, Tədbirdə din, ictimaiyyət və dövlət xadimləri, Azərbaycan, İran və Türkiyə səfirliyindən gələn nümayəndələr və regionlardan dəvət olan şair və yazıçılar iştirak etdi.

Mərasimdə BGMİ İdarəsinin şeyxi Hacı Ramin İgidov, Şərqi Gürcüstanın müftisi Hacı Yasin Əliyev, kitabın tərtibatçısı yazıçı, publisist Əli Abbas, redaktoru tanınmış jurnalist Nizami Məmmədzadə ilə birlikdə imzası getmiş bir neçə şair və yazıçılar çıxış edərək öz minnatdarlıqlarını bildirmiş və  kitabın ikinci cildinin nəşrində məmuniyyətlə əməkdaşlıq edəcəklərini qeyd etmişlər.

Sonda tədbir iştirakçıları Həzrət Əli(ə)ın mövlud mərasimi münasibəti ilə təşkil olunmuş bayram süfrəsi ətrafında təəssuratlarını bölüşüblər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 May, 2015  15:25 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!