إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Gürcüstanda Həzrət Əli(ə)ın mövludu qeyd olundu-Foto

Gürcüstan, Marneuli rayonunda  İmam Həsən (ə) məscidinin icması tərəfindən Hz. Əli (ə)-ın mövludu qeyd olunmuşdur.

Ahlibeyt.azən məlumatına görə,mövlud tədbiri Fuad İsayevin Hz Əli(ə)ın dünyaya gəlişi haqqında qısa məlumatı ilə başlamışdır.Ardınca Hacı Rahid Kərimov gözəl səsilə Qurani-Kərimi tilavət etmişdir.

Daha sonra ilahiyyatçı Hacı Qurban öz çıxışı ilə qonaqları təbrik etmiş və Azərbaycandan dəvət olunmuş məddahlar Seyyid Rəhman və Seyyid Bəhram Hz. Əli (ə) şəninə şeir və qəsidələr oxumuşlar.

Məclisdə Al-Mustafa Universetinin Gürcüstandakı nümayəndəsi Hacı Davud Qəşəmi  İmam Əlinin (ə) fəzilətləri haqda danışmış və onun nümunəvi əxlaqi, ictimai rəftarından söhbət açmışdır.

İmam Əli (ə) məscidinin axundu Hacı Hacıyev və Qızılhaclı kənt müvəkkili İsmayıl Əsgərov şer və təbriklərilə məclisə rəng qatmışlar.

Məclisin sonunda adları Əli olanlara hədiyyə təqdim olunmuş,tədbir iştirakçılarına şirniyyat paylanmışdır.

Tədbir İmam Zaman (ə)ın fərəc duasının oxunuşu ilə sona çatmışdır.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 May, 2015  19:42 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!