|
• DünyadaMübariz Qurbanlı İranda Ayətullah Əraqi və Ayətullah Sübhani ilə görüşəcəkDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı İranda rəsmi səfərdədir. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Komitənin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, İran İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahim Turkmanın dəvəti ilə DQİDK sədri M.Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkəyə rəsmi səfərə gedib. Səfər çərçivəsində müvafiq dövlət qurumlarında iki ölkə arasında din sahəsində əlaqələrin və əməkdaşlığın perspektivlərinin müzakirə olunması nəzərdə tutulub. Səfər çərçivəsində Komitə sədri dövlət və hökumət rəsmiləri, o cümlədən Ali Dini rəhbərin beynəlxalq məsələlər üzrə müavini Möhsün Qumi, İranın vitse-prezidenti, Milli Kitabxananın rəisi Əkbər Salehi, Xarici işlər nazirinin müavini İbrahim Rəhimpur ilə görüşəcək və İran Parlamentində bir sıra müzakirələr aparacaq. Eyni zamanda, Dövlət Komitəsinin sədri Qum şəhərində Cameatül-Mustafa Universitetində olacaq, müəllim heyəti və nüfuzlu din xadimləri, o cümlədən Ayətullah Əraqi və Ayətullah Sübhani ilə görüşəcək. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 May, 2015 15:42 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |