إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Yəmən ordu generalı - Çoxsaylı qurbanlar verməli olsaq belə, Səudiyyə Ərəbistanı və ABŞ-a tabe olmayacağıq!

Çoxsaylı qurbanlar verməli olsaq belə, Səudiyyə Ərəbistanı və ABŞ-a tabe olmayacağıq!

Ahlibeyt.az-ın məlumatına görə,Salamnews-un "Al Maseera" televiziya kanalına istinadla verdiyi xəbərədə bunu Yəmən Silahlı Qüvvələrinin təmsilçisi, general-polkovnik Şərəf Qalib Loğman ötən gün keçirilən mətbuat konfransında Səudiyyə Ərəbistanının son bir ay ərzində ölkəsində həyata keçirdiyi hücumların fəsadları barədə danışarkən bildirib.

O, bu hücumlarda ölənlərin sayının 3500-ə çatdığını, ər-Riyad qüvvələrinin qadağan olunmuş silahlardan istifadə etdiyini söyləyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanına məxsus qırıcılar dünən əsasən Yəmənin paytaxtı Sana və Ədən şəhərlərini bombalayıb.

Ordu qüvvələri, husilər və onların tərəfdarları ölkənin mrəkəzində yerləşən Mərib şəhərində mühüm irəliləyiş əldə ediblər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Aprel, 2015  12:20 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!