إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Əbdülməlik Əl-Husi - Onlar regiondakı uğursuzluqlarının əvəzini Yəmənə hücumla çıxmaq istəyirlər

Yəmən Husi hərəkatının rəhbəri ölkəsinə qarşı son təcavüzü pisləyərək bildirib - Yəmən xalqı  təcavüzkarlar qarşısında öz haqqını müdafiə edir və heç vaxt təslim olmayacaq.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,Səudiyyə ərəbistanı və koalisiya qüvvələrinin Yəmənə təcazüzü ilə baığlı  Əbdülməlik əl-Husi Yəmən xalqına müraciətlə çıxış edib.

O,çıxış zamanı bildirib ki,təcavüzləri ilə Yəmən xalqını təslim olmağa məcbur edə biləcəklərini düşünənlər xəyala qapılmış və dar düşüncəlilərdir.

Əbdülməlik əl-Husi Yəmənə hücumu Amerika-Səudiyyə-İsrail planı adlandırıb və onu sərt şəkildə pisləyib.

Yəmən Ənsarullahının rəhbəri Səudiyyə Ərəbistanının quruluşunu Amerikanın əsgəri və xidmətçisi adlandırıb və təcavüzkarlar qarşısında Yəmən xalqının müqavimətini alqışlayaraq deyib: Bu vəhşicəsinə təcavüz irimiqyaslı olmasına baxmayaraq Yəmən xalqının iradəsinə heç bir xələl gətirə bilmədi.

"Bu təcavüzdə uşaqlar, qadınlar və yaşlı insanlar qətlə yetirilirlər. Yaşayış massivləri, şəhərlər və kəndlər hədəfə alınır və təcavüzkarlar bütün əsaslı infrastruktur və Yəmən xalqının iqtisadiyyatını məhv edirlər" -deyə Əbdülməlik əl-Husi əlavə edib.

"Bu hücum Səudiyyə Ərəbistanı rejiminin Yəmən xalqı üçün ciddi təhdid olduğunu göstərir" deyən əl-Husinin sözlərinə görə, bu hücum Səudiyyə rejiminin Yəmən xalqına kin-küdurət bəslədiyini göstərir.

Onun sözlərinə əsasən, Səudiyyə Ərəbistanının əsas məqsədi onunla həmfikir olan "Əl-Qaidə"nin Yəmənə nəzarətini təmin etməkdir.

Husilərin lideri rəsmi ər-Riyad qüvvələrinin Yəməndəki məktəb və məscid binaları, yaşayış massivləri, iqtisadi və hərbi infrastrukturu dağıtdığını söyləyib.

Əbdülməlik əl-Husi bu ölkəyə istənilən nəzarəti rədd edərək deyib: Əgər Yəmən xalqı qəyyumluğu qəbul edərsə stabillik və təhlükəsizlik görməyəcək. Çünki indiyə qədər Ərəbistanın Yəməndə nəzarətinin artdığı qədər cinayətkar və əl-Qaidənin də iştirakı artmışdır.

Əbdülməlik əl-Husi həmçinin İranın Yəməndə təsiri ilə mübarizə ilə əlaqədar iddiaları rədd edərək bildirib: Onların Yəməndəki problemi İranla əlaqədar deyildir. Onlar regiondakı uğursuzluqlarının əvəzini Yəmənə hücumla çıxmaq istəyirlər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Aprel, 2015  15:39 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!