إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Zühurun beş qəti əlaməti - Süfyaninin qiyamı

Hədislərdə qeyd edilmiş zühurun  beş qəti əlamətin hər biri haqqında xülasə olaraq məlumat verək. Birinci əlamət Süfyaninin qiyam etməsidir.

  1. Süfyaninin qiyamı

Şiə mənbələrdə nəql olunanlara əsasən Süfyaninin qiyam edəcəyi zühurun qəti əlamətlərindən biridir. Lakin Əhl-sünnə mənbələrində demək olar ki, Süfyanidən az danışılır.Onların mənbələrrində Dəccal adlı bir şəxsdən söhbət açılır.Əhli-sünnə mənbələrində Dəccal  barədə nəql  olunmuş hədislər şiə mənbələrindəki Süfyani barədə nəql olunmuş hədislərdən daha çoxdur. Əlbəttə qeyd edək ki,  bəzi şiə mənbələrində Dəccaldan da söhbət açılmışdır. Bu barədə başqa yerdə ətraflı  söhbət açacağıq. Süfyanını  qiyam edəcəyi barədə imam Sadiqin (ə) belə buyrduğu nəql olunur:

و من یحتوم خروج سفیانی من رجب

Süfyaninin “Rəcəb” ayında qiyam edəcəyi zühurun qəti əlamətlərindədir.  (Nomani, əl- Ğeybə, s.372, Şeyx Səduq Kəmalud din və təmamun-nemə, c.2, s.558)

 

Hz. Əlidən (ə) nəql olunan hədisdə Süfyani Ənbəsənin oğlu Osmandır və Əbu Süfyanın nəvələnrindəndir. O bədheybət biri kimi təsvir edilərək Yabis məntəqəsində qiyam edib Kufəni ələ keçirəcəyi və Kufə məscidinin minbərinə oturacağı qeyd edilir.  (Şeyx Tusi, Kəmalud-din, c.2, səh.651)

 

Nomaninin əl-Ğeybə kitabında Cabir ibn Cofidən belə bir hədis nəql olunur:

عن جابر الجعفى قال: سألت أبا جعفر الباقر ـ علیه السلام ـ عن السفیانی، فقال انّی لکم بالسفیانی حتّى یخرج قبله الشیصبانی یخرج من أرض کوفان ینبع کما ینبع الماء فیقتل وفدکم، فتوقعوا بعد ذلک السفیانی وخروج القائم ـ علیه السلام

Cabir İbn Cofidən belə dediyi nəql olunur: “ (İmam Baqirdən ) Əba Cəfərdən (ə) Sufyani barədə soruşdum: Süfyani ilə niyə maraqlanırsız (Süfyani nəyinizə gərəkdir)? Ondan öncə Şeysbani qiyam edəcək. O, yerdən qaynayıb çıxan su kimi Kufə torpaqlarından çıxaraq  bir hissənizi öldürüb qanınıza qəltan edəcək. Ondan sonra Süfyani, sonra isə Qaimin (ə.f) qiyamını gözləyin!” (Nomani, əl-Ğeybə, səh. 302)

 

Başqa bir hədisdə İmam Baqir buyurur:

من اول خروجه الی آخره خمسة عشر شهرا ستة اشهر یقاتل فیها

(Sufyaninin) Qiyamının əvvəlindən axırına kimi 15 ay çəkəcək. Onun altı ayını büharibələrlə keçirəcək. (Nomani, ƏL-Ğeybə, səh. 416)

 

Süfyaninin peyda olmasının vaxtı barədə isə İmam Sadiədən belə bir rəvayət nəql olunur ki, buyurur

السفیانی و القائم فی سنة

Süfyani və qaim eyni ilədə aşkara çıxacaqlar.  (Nomani, əl-Ğeybə, səh.376)

 

Bəzi hədislərdə nəql olunmuşdur ki, Süfyani Beytüul-Müqəddəsdə Hz. İsa tərəfindən məhv edilcək. Lakin onun məhv edilməsindən öncə onun qoşunu Beyda çölündə  yerə batacaq.

 

Mənbə:İmamzaman.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Aprel, 2015  15:37 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!