إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Belçikada irqçi partiyadan müsəlmanların ölkədən çıxarılmasına çağırış

Belçikada irqçi Flaman Mənfəəti partiyası müsəlmanları ölkədən qovmağa çağırıb.

Ahlibeyt.az-ın publika.az-a istinadla xəbər verir ki, partiya Anvers şəhərində müsəlmanların kompakt yaşadığı məhəllələrdə “Qərbin əxlaqsız olduğunu düşünənlər, İslamın müqəddəslərinin lağa qoyulmasına qarşı olanlar Belçikaya bir daha dönməmək şərti ilə müraciət etsələr, onlara gəldikləri yerlərə qayıtmaq üçün təyyarə bileti veriləcək” sözləri yazılan broşürlər paylayıb.

Partiyanın əsas simalarından olan Filip Devinter bildirib ki, onlar müsəlmanları ölkədən çıxaracaqlar.

“Qoyunu keçilərdən ayırmağımız lazımdır”, - deyə o irqçi ifadələr işlədib.

O, İslam dininin radikal din olduğunu iddia edib: “Müsəlmanların ölkədən getməsi Belçikaya itki yox, qazanc verəcək”.

Lakin Flaman Mənfəətinin müsəlmanları ölkədən çıxarmaq üçün apardığı kampaniyaya sponsor axtarışı nəticə verməyib. Belə ki, indiyə qədər ölkədən getmək üçün 32 nəfər müraciət etsə də, partiya cəmi 10 təyyarə bileti əldə edə bilib.

Qeyd edək ki, Filip Devinter federal parlamentdə qaldırdığı Qurani-Kərimi “bütün pisliklərin qaynağı” adlandıraraq təhqir etmişdi.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Aprel, 2015  13:31 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!