إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İslam Konfransı Gənclər Forumunun sədri Elşad İskəndərov Brüsseldə keçirilən beynəlxalq konfransda çıxış edib

AR XIN Mətbuat Xidmətinin məlumatına əsasən aprelin 14-də Belçikanın paytaxtı Brüsseldə “Avropa və İslam aləmi: birləşdirən dəyərlərə doğru” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

İslam Konfransı Gənclər Forumu ilə BMT-nin Svilizasiyaların Alyansının birgə təşkilatçılığı və Böyük Britanıyanın LINKS təşkilatı ilə tərəfdaşlıq çərçvsində həyata keçirilən konfransın işində Avropa Parlamentinin deputatları, BMT, Avropa Birliyi və İslam Əməkdaşlıq Təşkilatının yüksək səviyyəli təmsilçiləri, Bruesseldə akkreditə olan diplomatik korpus, eləcədə müxtəlif “beyin mərkəzləri” və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak etmişdir.

Konfrasın açılış mərasimində çıxış edən BMT-nin Sivilizasiyaların Alyansı üzrə Ali Nümayəndəsi Nasir Əbdüləziz əl-Naser tədbiri səciyyələndirən mühüm amilin onun, Avropada etnik və dini zəmində son dövrdə cərəyan edən neqativ hadisələrdən sonra, Avropa ilə İslam aləminin arasında körpülərin qurulmasına yönəlik ilk geniş tədbir olmasını qeyd etmiş, konfransın qitədə İslamofobiyanın yeni dalğasına qarşı başladılan uğurlu addım olacağına inamını ifadə etmişdir. O, eyni zamanda konfransın 2016-cı ildə Bakıda keçiriləcək BMT Sivilizasiyaların Alyansının Vİİ Qlıobal Forumuna hazırlıq müzakirələrinin vacib elementi olduğunu bildirərək, Azərbaycanın bu mühüm tədbirə ev sahibliyini dövlətimizin Qərblə-İslam dünyası arasında səmimi dialoqun yaradılması istiqamətində səylərinin bariz nümunsi olduğunu vurğulamışdır.

İslam Konfransı Gənclər Forumunun sədri Elşad İskəndərov öz çıxışında konfransın əsas məqsədinin Avropa strukutrları ilə İƏT strukurları arasında dialoqun canlandırılmasına; Avropada təhlükəli həddə çatmış İslamofobiya və gənc müsəlmanlar arasında radikallığın artması kimi tendensiyalara qarşı birgə mübarizə yollarının araşdırılmasına yönəldiyini qeyd etmişdir. Radikalizm və islamofobiyaya qarşı mübarizədə kompleks yanaşmanın vacibliyini qeyd edən natiq, bəzi Qərb qurumlarının İƏT ölkələrinə qarşı ikili standartlarını da İslamofobiyanın artmasına xidmət edən amil kimi dəyərləndirmişdir. Elşad İskəndərov radikalizmlə islamofobiyanın bir medalın iki üzü olduğunu vurğulamışdır.

İƏT-in Baş katibi İyad Əl-Mədəninin konfrans iştirakçılarına təbrik müraciətini səsləndirən İƏT-nin Avropa Birliyi nəzdində Daimi Nümayəndəsi A.Məmmədov İƏT-nin, İKGF bu təşəbbüsünə yüksək qiymət verdiyini, konfransın nəticələrindən irəl qələn konkret fəaliyyətləri dəstəkləyəcəyini qeyd etmişdir.

Konfrans iştirakçılarına müraciət edən Avropa Komissiyasının nümayəndəsi Canos Kendernau, Avropa Parlamentinin deputatı David Borelli və digər natiqlər Avropa qitəsində narahtlıq doğuran İslamofobiya meyllərinin aradan qaldırılması məqsədilə konkret təkliflərlə çıxış etmişdirlər.

2 ayrı panel ətrafında işini davam etdirəcək konfransda İslamofobiya ilə yanaşı anti-semitizm, ksenofobiya kimi inanc qaynaqlı ictimai problemlərin təhlili, bu problemlərin Avropada insan haqqları, inanc azadlığı və demokratiyanın perspektivlərinə neqativ təsiri; sözügedən tendsiyalara qarşı siyasi, ictimayi və KİV səviyysində mübarizə aparılması kimi mövzuların müzakirəsi gözlənilir.

Konfransın sonunda mədəniyyətlər arası dialoq sahəsində Avropanın fəal qurum təmsilçilərindən ibarət platformun yaradılması və fəaliyyət planınn hazırlnamsı məqsədilə işçı qrupun formalaşması; həmçinin konfarnsda səslənən təhlili məruzələr və təkliflərdən ibarət hesabatın BMT, AB və İƏT-yə təqdim olunması nəzərdə tutlur.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Aprel, 2015  17:17 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!