|
• Dünyadaİspaniyanın Baş Naziri - İslam özü də terrorizmin qurbanıdırİspaniyanın Baş Naziri Mariano Raxo Barselona şəhərində Avropa Birliyi və Aralıq dənizi ətrafı ölkələrinin xarici işlər nazirlərinin iclasının açılış mərasimində deyib:"İslamın Avropaya qarşı mübarizə aparmasını söyləmək yolverilməzdir. Ahlibeyt.az-ın RiaNovosti agentliyinə istinadla verdiyi məlumata görə,İspaniyanın Baş naziri çıxışı zamanı bildirib ki,bu gün İslam özü belə terrorun qurbanı sayıla bilər.Terrorçular hamı üçün problemdir və İslam dünyası da digər cəmiyyətlər kimi terrorizmin qurbanı olub. O qeyd edib ki,Aralıq dənizinin hər iki sahilində, həm şimal və həm cənubunda radikal cərəyanlar vəhşiliklər törədir.Bütün bunların qarşısı bərabər əməkdaşlıqla alınmalıdır. Terrorizmin sərhəd tanımadığını və ölkələrin coğrafi və yaxud da dini vəziyyətindən əlavə onlara zərbə vurduğunu bəyan edən İspaniya baş naziri bütün ölkələri ehtiyatlı olmağa, öz vəzifələrini tam şəkildə yerinə yetirərək, terrorçuları təqib və mühakimə etməyə çağırıb. Bildirilir ki, Suriya,Liviya və Barselona nümayəndələri ölkələrindəki gərgin vəziyyətlə bağlı sammitə qatılmamışlar. Qeyd edək ki,Aralıq dənizinin şimal sahilləri Avropa, cənub sahilləri Şimali Afrika və bir neçə Asiya ölkələrini ahatə edir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Aprel, 2015 16:10 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |