إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Xanım Fatimey -Zəhra(s) və Xanım Məryəm(s)ilə bağlı beynəlxalq fləşmob - Foto

Azərbaycanlı tələbənin təşkilatçılığı ilə dünyanın 50-dən çox universitetində xanim Fatimeyi Zəhra(ə) və xanım Məryəm(ə) yad olunub
İslam peyğəmbərinin qızı xanım Fatimeyi Zəhranın(ə) doğum günü ilə əlaqədər dünyanın müxtəlif universitetlərində təhsil alan tələbələr öz universitetlərində və universitet yaxınlığında xanımlara və müəllimlərə güllər və məktublar təqdim ediblər.
Ahlibeyt.az-ın məlumatına görə Maarifçi aksiyanın ideya müəllifi və əsas təşkilatçısı 22 yaşlı azərbaycanlı tələbə Ağa Mehdiyev İnteraz-a bunları bildirib: "Ətraf mühitlə yanaşı mənəviyyatın da çirkləndirildiyi, münaqişələrin artdığı dünyada biz birlikdə bunu edə bildik.
Müxtəlif millətlərdən, dinlərdən, məzhəblərdən olan tələbələrlə bir araya gəlib hər zaman gülə layiq olan xanımlara bu münasibətlə güllər və məktublar hədiyyə etdik.
Mövzu qadın və xanım Fatimə(ə) ilə bağlı olsa da, məktubda çox böyük ehtiram bəslədiyimiz xanım Məryəmlə bağlı maarifləndirici fikirlərə də yer verdik.
İnsanlığa xanım Fatimə(ə) və xanım Məryəmə(ə) sevgimizi xanımlara gül hədiyyə etməklə bildirdik.
Mən əlbəttə ki, tək başına bu işi görə bilməzdim. Tələbələrlə yanaşı, aksiyamıza qoşulan tələbələrin tapılmasında bir çox insanların böyük rolu oldu. Şükürlər olsun ki, bu işi görmək kimi şərəfə nail olduq."
Dünyanın müxtəlif ölkələrindəki ali təhsil məktəblərini əhatə edən aksiyadan çəkilən video və foto görüntüləri sizə təqdim edirik













Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Aprel, 2015  11:06 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!