إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Xameneyi - Nüvə anlaşmasına görə təbrik etmək, mövqe bildirmək tezdir

İranın ali dini lideri bu anlaşmanın qorunmasına zəmanət olmadığını bildirib.

Deyirlər ki, niyə filankəs (ayətullah Xamenei - red.) nüvə anlaşması ilə bağlı mövqeyini bildirmir?

İndi mövqe bildirməyin mənası yoxdur. Belə ki, hələ bir addım atılmayıb və heç bir öhdəlik yoxdur. Ona görə də mən anlaşmanın nə əleyhinəyəm, nə də ki lehinə.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, İnteraz agentliyi IRNA-ya istinadla verdiyi məlumatda bildirilir ki, bunu İran islam inqilabının ali dini lideri Ayətullah Seyyid Əli Xameneyi paytaxt Tehrandakı mənzilində Əhli-Beyt məddahlarını qəbul edərkən Lozannada nüvə danışıqları ilə bağlı əldə edilən çərçivə anlaşmasına münasibət bildirərkən deyib.

Ali lider ilkin anlaşma ilə əlaqədar təbrik etməyin, mövqe bildirməyin hələ tez olduğunu söyləyib: “Bu məsələ ilə bağlı mövqe bildirmək tezdir. Hər şey məsələnin təfərrüatlarından asılıdır. Ola bilsin, əhdinə daim xələf çıxan qarşı tərəf məsələnin detallarında bizi tələyə salsın. İndi məni və digərlərini təbrik etmək mənasızdır, çünki indiyədək atılan addım nə razılaşmanın ehtiva etdiklərinin qorunmağı, nə də müzakirələrin sonadək davam etməyi deməkdir."

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Aprel, 2015  16:18 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!