|
• DünyadaYəməndə daha bir qəbilə Husi hərəkatına dəstək qərarı verdiYəmənin Maarib şəhərində yaşayan "Ali Tuayman" qəbiləsi Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinə qarşı müqavimət qərarı alıb - "Qəbiləmiz bütün varlığı ilə inqilab rəhbərinin əmrini gözləməkdədir. Biz onları öz ölkələrinin dərinliklərinə qədər qovacağıq" Ahlibeyt.az-ın İslamazeri-yə istinadən verdiyi xəbərə görə,bu barədə "Əl-Mesir" televiziyası xəbər yayıb. Məlumatda qeyd olunur ki, aprel ayının 7-i Maarib şəhərinin Sarvah bölgəsində bir araya gələn "Ali Tueyman" qəbiləsinin rəhbərləri məşvərət etdikdən sonra, Səudiyyə hücumlarına qarşı həmfikir olduqlarını və "Əl-Qaidə" ilə İŞİD-ə qarşı əməliyyatlar keçirən təhlükəsizlik qüvvələrini dəstəklədiklərini, həmçinin, tam gücləri ilə onlarla çiyin-çiyinə olacaqlarını açıqlayıblar. Qəbilənin öndə gedən şəxslərindən olan Abdullah Əhməd Tueyman çıxış edərək "Ali Tueyman" qəbiləsi bu son hücumları qınayır və bildirir ki, heç bir ərəb ölkəsi qardaş ərəb ölkəsinə hücum etməməlidir. Qəbiləmiz bütün varlığı ilə inqilab rəhbərinin əmrini gözləməkdədir. Biz onları öz ölkələrinin dərinliklərinə qədər qovacağıq", - deyə bildirib. Tədbirin sonunda bəyanat oxunaraq, Yəmənə qarşı koalisiya qüvvələrinin hücumları qınanılıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Aprel, 2015 13:57 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |