إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Xameneyi-Regiondakı problemlərdə düşmən əlini görməyən özünü aldadır

İŞİD Bağdadı ələ keçirsəydi, daha böyük vəhşiliklər baş verərdi. Bu terror cərəyanlarına maddi və hərbi dəstəyi kim verir?! Regiondakı problemlərdə düşmən əlini görməyən özünü aldadır. Biganələr bu problemin həll olunmağını istəmirlər. Ona görə də islam ölkələri özləri hərəkətə keçməli və qərar qəbul etməlidirlər. Təəssüflər olsun ki, bu barədə birgə qərar veilmir.

 

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, SalamNews-un IRNA-ya istinadla verdiyi məlumatda bildirilir ki,bunu  İran İslam İnqilabının Ali Dini Lideri Ayətullah Seyyid Əli Xamenei Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanı paytaxt Tehranda qəbul edərkən bildirib.

 

Görüş zamanı tərəflər qarşılıqlı əlaqələr, eləcə də regionda baş verən hadisələri müzakirə ediblər.

Ayətullah Xamenei bildirib ki, islam ölkələri İŞİD kimi terror təşkilatları ilə mübarizədə lazımi addımları atmır və nəticədə Qərb vəziyyəti istədiyi kimi istiqamətləndirə bilir.

 

Ali lider Yəmən məsələsinə də toxunub. O, İranın bu ölkəyə müdaxilənin əleyhinə olduğunu, hücumların dərhal dayandırılmağının, Yəmən probleminin yalnız daxili cinahlar vasitəsilə həllinin zəruri olduğunu bildirib.

 

R.T.Ərdoğan da öz növbəsində, islam dünyasındakı mövcud problemlərin müsəlman ölkələrinin bir araya gələrək və Qərbin müdaxiləsi olmadan həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb.

 

Türkiyə Prezidenti "İŞİD-i müsəlman bilmədiyini, ona qarşı daha əvvəl mövqe bildirdiyini" deyib

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Aprel, 2015  13:22 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!