إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Həcc ziyarətində azərbaycanlı zəvvarlara paylanacaq qurbanlıq qoyunların qiyməti qalxıb

Azərbaycandan bu il Həcc ziyarətində olacaq zəvvarlara paylanacaq qurbanlıq qoyunların qiymətində artım olacaq.

 

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,QMİ-dən verilən məlumatda bildirilir ki,bu il azərbaycanlı zəvvarlara iki formada təqdim olunan qurbanlıq qoyunların qiymətində müvafiq olaraq 10-15 dollar artımlar gözlənilir.

 

Nisbətən zəif çəkili qoyunlar 135 dollara, nisbətən kök qoyunlar isə 150 dollara təqdim olunacaq. Qeyd edək ki, ötən il bu rəqəmlər müvafiq olaraq 120-135 dollar olub.

 

Xatırladaq ki, bu il də zəvvarlara ziyarət iki formada təklif olunacaq. Daha yaxşı şəraitli otellərdə qalmağı, daha çeşidli yeməklərin verilməsini, o cümlədən 4 nəfərlik otaqlarda yerləşdirməni nəzərdə tutan xidmətin qiyməti 5750 dollar, nisbətən ucuz şəraitli hotellərdə, 6 nəfərlik otaqlarda qalmağı nəzərdə tutan xidmətinqiyməti isə 4700 dollardır.

 

Qeyd edək ki, zəvvarlardan sənəd qəbulu üçün pasport, şəxsiyyət vəsiqəsinin surəti, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur. Sənədlərin qəbulu yalnız QMİ-də aparılır. Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar olaraq ziyarət yalnız təyyarə reysləri ilə baş tutacaq, avtobusla ziyarət təşkil edilməyəcək.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Aprel, 2015  13:46 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!