إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Məkarim Şirazi Yəmən hadisələrinə görə Səudiyyə və müttəfiqlərini tənqid etdi

"Dünən Liviya, Suriya, İraq idisə, bu gün növbə Yəmənə çatıb. Sabah isə təcavüz edənlərin növbəsi olacaq"-Ayətullah Məkarim Şirazi

Ahlibeyt.az-ın İslamazeri-yə istinadən verdiyi xəbərə görə,İslam aləminin nüfuzlu mərcələrindən olan Ayətullah Məkarim Şirazi Yəmən hadisələri barədə fikir bildirib.

“Bir daha İslam ölkələrindən birinin müsəlmanların əli ilə təcavüzə uğramasının şahidi olduq. Dünən Liviya, Suriya, İraq idisə, bu gün növbə Yəmənə çatıb. Sabah isə təcavüz edənlərin növbəsi olacaq. Dünyaya sahib olmaq istəyənlər İslamı öz mənafelərinə çatmaq yolunda mane gördükləri üçün bu məkrli və heyrətamiz planları icra edirlər. Onların məqsədi kənarda dayanıb müsəlmanların çəkişməsinə və ölkələrinin öz əlləri ilə viran olmasına şahid olmaqdır. Daha təəccüblüsü isə bundadır ki, İslamın rəhmsiz düşmənlərindən olan İsrailin bu addımları dəstəkləməsinə baxmayaraq, yenə də onların istəklərinə təslim olurlar. Bundan daha şiddətlisi isə beynəlxalq təşkilatların heç birinin bu dağıdıcı hücumlar qarşısında mövqe bildirməmələri və öz susqunluqları və süstlükləri ilə bu yanar odu daha da alovlandırırlar”.

BMT-nin möhkəm ağacının bir neçə quru və yarpaqsız budağının qaldığını bildirən Ayətullah Məkarim Şirazi sözlərinə belə davam edib: “O budaqlar da yalnız yandırmaq işinə yarayarlar. Digər tərəfdən ərəbləri müdafiə etmək üçün yaranan birliklər, bu mərəkənin atəşləyicisi olub, digər İslam ölkələrini bu məsələyə şövqləndiriblər. Daha təəssüflüsü isə Hicaz(Səudiyyə Ərəbistanı) müftilərinin addımlarıdır. Onlar öncə bu addımları ittiham etsələr də, daha sonra Ərəbistanın Yəmənə hücumunu hikmətli bir addım kimi qələmə verdilər. Lakin açıq gözlə baxsaq, məsələ çox şəffafdır.

Xalq Yəmən adlı ölkədə fəsad törədən hakimiyyətə qarşı ayağa qalxıb və prezident canının qorxusundan fəraridir. Bu keşməkeşlərin səngiməsi üçün müzakirələrin başlanmasına şərait yaratmaqdan daha məntiqli yol ola bilərmi?”.

Ayətullah Məkarim Şirazi bu gün yeni bidətin yaranmasından söz açaraq qeyd edib: “Bu gün hansısa ölkənin daxili məsələlərini bəyənməyənlər özlərinə çox rahat şəkildə onlara hücum etmə icazələrini  verirlər. Əcəb təhlükəli bir dünya yaradıblar! Təəccüblüsü burasındadır ki, 50 ildən çoxdur ki, qəsbkar İsrail rejimi İslam ölkələrindən birinin torpaqlarını işğal edib və bu gün Yəmən məsələlərini alovlandıranlar heç vaxt qeyd olunan məsələyə öz mövqelərini sərgiləməyiblər. Livan "Hizbullah"ının baş katibi dəyərli mücahidin dediyi kimi, heç vaxt Fələstin məsələsinə onlar tərəfindən az da olsa bir həzin külək əsdirilməyib. Lakin bu gün tufan qoparıblar."

"Ərəb başçıları bilsinlər ki, bu alovları söndürməsələr , ya Yəmən inqilabçıları qalib gələcək, ya da bu döyüş uzun illər davam edəcək və hər iki ölkə viran qalacaq. Yaxşı olar ki, öz addımlarını yenidən gözdən keçirsinlər ki, zərərin yarısından dönmək xeyirdir”.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Mart, 2015  17:38 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!