إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Tomskda "Qırmızı Məscid"in açılış mərasimi keçirilib

Rusiyanın Tomsk vilayətinin mərkəzndə bu gün "Qırmızı məscid"in bərpadan sonra təntənəli açılış mərasimi keçirilib.

Ahlibeyt.az-ın  ort-onlin.ru-ya istinadən verdiyi xəbərə görə,2011-ci ildə təmir və bərpa işlərinə bağalnmış məscidin açılış mərasimi keçirilib.Məsciddə

Vilayət müftisi Nizamuddin Cumayevin qeyd etdiyi kimi, "bu, bütün region dindarları üçün vacib və uzun müddətdir, gözlənilən hadisə"dir.

Qırmızı məscid 1904-cü ildə tikilib. 1931-ci ildə bağlanan məscid binası sonralar kinoteatr kimi istifadə edilib. Bina  dindarların ixtiyarına yalnız  məscid kimi 2003-cü ildə  yarıuçulmuş vəziyyətdə qaytarılıb.

Ötən ilin oktyabrında 47 metr hündürlüyə malik minarəyə günbəz qoyulub.

Məscidin təmiri zamanı arxiv materialları əldə edilmiş və bina ilk görüntüsünə qaytarılmışdır.

Tomsk şəhərinin Tatarskaya küçəsində yerləşən məscidin bərpasına ümumilikdə 70 milyon rubla yaxın vəsait xərclənmişdir.

Картинки по запросу krasnaya mechet v tomske Картинки по запросу krasnaya mechet v tomske

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Mart, 2015  14:14 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!