
Rusiyanın Tomsk vilayətinin mərkəzndə bu gün "Qırmızı məscid"in bərpadan sonra təntənəli açılış mərasimi keçirilib.
Ahlibeyt.az-ın ort-onlin.ru-ya istinadən verdiyi xəbərə görə,2011-ci ildə təmir və bərpa işlərinə bağalnmış məscidin açılış mərasimi keçirilib.Məsciddə
Vilayət müftisi Nizamuddin Cumayevin qeyd etdiyi kimi, "bu, bütün region dindarları üçün vacib və uzun müddətdir, gözlənilən hadisə"dir.
Qırmızı məscid 1904-cü ildə tikilib. 1931-ci ildə bağlanan məscid binası sonralar kinoteatr kimi istifadə edilib. Bina dindarların ixtiyarına yalnız məscid kimi 2003-cü ildə yarıuçulmuş vəziyyətdə qaytarılıb.
Ötən ilin oktyabrında 47 metr hündürlüyə malik minarəyə günbəz qoyulub.
Məscidin təmiri zamanı arxiv materialları əldə edilmiş və bina ilk görüntüsünə qaytarılmışdır.
Tomsk şəhərinin Tatarskaya küçəsində yerləşən məscidin bərpasına ümumilikdə 70 milyon rubla yaxın vəsait xərclənmişdir.