إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İmam Rza(ə)ın müqəddəs Hərəmində yüz nəfər əcnəbi İslam dini və şiə məzhəbini qəbul edib

Ötən il İranda (il martın 21-də dəyişir)  İmam Rza(ə)ın müqəddəs Hərəmində yüz nəfər əcnəbi  İslam dini və şiə məzhəbini qəbul edib. Bunu Müqəddəs İmam Rza (ə) hərəminin qeyri-iranlı zəvvarlarla iş üzrə idarənin direktoru Seyyid Məhəmməd Cavad Haşeminejad deyib.
Ahlibeyt.az-ın Maide.az-a istinadən verdiyi məlumata görə,İmam Rza(ə) hərəminə çox sayda xarici və qeyri-müsəlman turist gəlir. "Onlar arasında bəzi şəxslər xilaskar bir cərəyan kimi İslam və Quran barədə araşdırma apararaq, yəqinlik dərəcəsinə çatır və bir müddət İslam təlimlərini öyrəndikdən sonra onu xilaskar bir din kimi dərk edir və imamının hüzurunda şəhadətəyni oxuyur və İslam dinini qəbul edirlər.

Haşeminejad qeyd edib ki,İslam dinini qəbul edənlər arasında Almaniya, Polşa, Kamerun, Amerika, Belçika, Yaponiya, İsveç, Çin, Danimarka, Hollandiya və İrlandiya vətəndaşlarıdır və 8-ci İmamının müqəddəs hərəmini İslam dinini qəbul etmək üçün seçiblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Mart, 2015  13:29 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!