إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Yəməndə Əhli-beyt davamçılarının toplandığı məscid partladıldı, çox sayda ölən var (Foto)

Yəmənin paytaxtı Sənada Bədr və Həşuş məscidlərində partlayış baş verib.Hadisə şahidlərinin dediyinə əsasən, ardıcıl olaraq 3 partlayış baş verib.

ahlibeyt.az-ın İslamazəri-yə istinadən verdiyi xəbərə görə,Reuters agentliyinin yaydığı məlumatda bildirilir ki,terror aktı zamanı 55-dən çox Əhli-beyt (ə) ardıcılı həyatını itirib, 200-ə yaxın yaralının olduğu bildirilir.

Qeyd edək ki,2 gün öncə "Ənsarallah" hərəkatının mətbuat katibi Əbdülkərim Huyəvani sui-qəsd zamanı öldürülmüşdü. Terror aktını "Əl-Qaidə" terror təşkilatı üzərinə götürmüşdü.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Mart, 2015  18:48 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!