
Yəmənin paytaxtı Sənada Bədr və Həşuş məscidlərində partlayış baş verib.Hadisə şahidlərinin dediyinə əsasən, ardıcıl olaraq 3 partlayış baş verib.
ahlibeyt.az-ın İslamazəri-yə istinadən verdiyi xəbərə görə,Reuters agentliyinin yaydığı məlumatda bildirilir ki,terror aktı zamanı 55-dən çox Əhli-beyt (ə) ardıcılı həyatını itirib, 200-ə yaxın yaralının olduğu bildirilir.
Qeyd edək ki,2 gün öncə "Ənsarallah" hərəkatının mətbuat katibi Əbdülkərim Huyəvani sui-qəsd zamanı öldürülmüşdü. Terror aktını "Əl-Qaidə" terror təşkilatı üzərinə götürmüşdü.