إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ali Səudun qanı sionistlərin qanına bərabərdir

İraqın tanınmış və öndə gedən alimlərindən olan Ayətullah Seyyid Mürtəza Qəzvini Müqtəda Sədrin atası Ayətullah Şəhid Məhəmməd Məhəmməd-Sadiq Sədrin(r) şəhadətinin ildönümü münasibətilə keçirilən mərasimdə çıxış edərək deyib ki, Şəhid Sədrin İraqdakı İslam ümmətinin üzərində çox böyük haqqı vardır. Çünki o canını Allah yolunda qurban vermişdir.

Beynul-Hərəmeyndə söhbət edən Ayətullah Qəzvini deyib ki, mən İraqdakı bütün siyasi cərəyanları, o cümlədən "Sədr" hərəkatını özünə İmam Hüseyni(ə) müqtəda seçmiş Ayətulah Məhəmməd-Sadiq Sədrin(r) yoluna və üsuluna qayıtmağa dəvət edirəm.

Ali Səudun bölgəyə ancaq zərərdən başqa bir şey nəsib etmədiyini deyən Ayətullah Qəzvini deyib ki, onlar yalnız fitnə və məzhəb ayrıseçkiliyi yaymaqla məşğuldurlar. Onlar sionistlər kimi Amerikanın xidmətində durduqları üçün onların qanının sionistlərin qanından heç bir fərqi yoxdur.

Xatırladaq ki, Ayətullah Şəhid Məhəmməd Məhəmməd-Sadiq Sədr(r) Səddam Hüseyn rejimilə sərt müxalifət mövqeyində olan böyük şiə mərcei-təqlidi olub. O həmçinin Nəcəf elmi hövzəsinin rəhbəri və İraqın Cümə namazının diri qalması uğrunda mübarizə aparanlardan biri olub. Səddamın İraqda Cümə namazlarını qadağan etməsinə etiraz edən böyük alim 45 həftə hər Cümə günü kəfən geyinərək məscidə gələrək Cümə namazlarını bərqərar etmişdr. Zil-qədə ayının ilk cümə günü(19 fevral, 1999-cu il) Bəəs rejimi Şəhid Məhəmməd-Sadiq Sədri iki oğlu ilə birlikdə maşında gülləbaran edərək şəhid etmişdir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Oktyabr, 2011  23:37 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!