|
• DünyadaİŞİD İraqın ər-Rəmadi şəhərinə hücum etdi: 125 terrorçu öldürüldüİŞİD terror təşkilatı son günlər əl-Ənbar əyalətinin ər-Rəmadi şəhəri istiqamətində həyata keçirdiyi hücumlar zamanı 125 silahlısını itirərək, geri çəkilməli olub. Ahlibeyt.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, bu barədə İraq Terrorla Mübarizə İdarəsinin “qızıl alay”ının komandiri general-mayor Fazil Burvari məlumat verib. Bildirilib ki, İŞİD son günlərin hücumunda içərisində mina yerləşdirilmiş kamikaze maşınlarından geniş şəkildə istifadə etməyinə baxmayaraq, “qızıl alay”ın nəzarətində olan bölgələrdən bir qarış belə ala bilməyib. Burada müttəfiqlərin hava zərbələri də İŞİD-in geri çəkilməyinə təsir göstərib. Yeri gəlmişkən, İraq Müdafiə Nazirliyi İŞİD-in həmin bölgədə, eləcə də Tikrit və əl-Fəllucədəki mövqelərinə endirilən hava zərbələrinin videogörüntüsünü yayıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Mart, 2015 12:27 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |