إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İraq müdafiə naziri - Tikritə tam nəzarət ələ götürüldü

Iraq Müdafiə Nazirliyi ordu və xalq qüvvələrinin Tikrit şəhərinə nəzarəti tam təmin etdiklərini bildirib.

Ahlibeyt.az-ın məlumatına görə, İraqın müdafiə naziri cümə gecə bildirib ki, Səlahəddin vilayətinin mərkəzi habelə, İŞİD terrorçularının ən mühüm mərkəzlərindən olan Tikrit şəhərinin, ordu və xalq qüvvələri tərəfindən tam nəzarət altına alındığını bildirib.

Fars Xəbər Agentliyinin verdiyi məlumatda bildirilir ki,İraqın müdafiə naziri Xalid Əbidi cümə günü axşam, Səlahəddin vilayətinin İŞİD terrorçularından azad edilməsi üçün "Ləbbeyk Ya Rəsulallah!" şüarı ilə başladılmış əməliyyatın ikinci həftəsinin sonunda, deyib: Tikrit artıq İraq ordusunun tam nəzarəti altındadır.


İraqın əl-Ənbar vilayətinin qərbində yerləşən Fəllucə şəhər polis idarəsinin rəisi isə bildirib ki, təhlükəsizlik qüvvələri Fəllucənin ətrafında 30 terrorçunu məhv ediblər.

Həmçinin əl-Ənbar vilayət polisinin rəisicümə günü deyib: Təhlükəsizlik qüvvələri Fəllucənin şərqində, əl-Kərəmə məntəqəsində daha 4 məntəqəni İŞİD terrorçularından azad ediblər.

İraq Federal Polisinin rəisi Raid Şakir deyib: İraq qüvvələri çox yaxşı sürətlə Bici istiqamətində irəliləyirlər.

Səlahəddin vilayətinin sabiq valisi Əhməd əl-Cəburinin sözlərinə görə, Səlahəddin vilayətinin 3 ay ərzində azad edilməsi proqnoz edilmişdi. Lakin, ordu və xalq qüvvələrinin əməliyyata başlamasından 4 gün sonra bu vilayətin böyük bir hissəsi İŞİD-in işğalından azad edilib.

Könüllü xalq qüvvələri həmçinin Kərkük şəhərinin cənubunda 10 kəndi İŞİD terrorçularının işğalından azad eiblər.

Qeyd edək ki, Səlahəddin vilayətinin mərkəzi olan Tikrit şəhərinin azadlığı əməliyyatına mart ayının əvvəllərindən başlanılıb. Əməliyyatda 30 min qüvvənin iştirak etdiyi bildirilir. İndiyə kimi Səlahəddin vilayətinin bir çox məntəqələri terrorçuların işğalından azad edilib.

Ötən həftə İraqın sabiq milli təhlükəsizlik müşaviri Müvəffəq Rəbiyi bildirmişdi ki, İŞİD Tikrit şəhərini başdan-ayağa minalayıb və bu şəhər minalanmış bir avtomobil kimidir. Hər an, hər yerdə hər bir şeyin partlaması təhlükəsi var.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Mart, 2015  13:31 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!