إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Məhəmməd Yəzdi İran Üləmalar Məclisinin sədri seçildi

İranda Qərbə qarşı sərt siyasətin tərəfdarı olan Ayətullah Muhamməd Yəzdi  Üləmalar Məclisinin(Məclisi Xibrəqan) sədri seçilib.

Ahlibeyt.az.-ın verdiyi məlumata görə, seçkidə Ayətullah Yəzdi rəqibi, keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəncanini böyük səs çoxluğu ilə üstələyib.

Yəzdi Üləmalar Məclisinə gələn ilin fevralınadək rəhbərlik edəcək. Bundan sonra qurumun bütün 86 mandatı üçün seçki keçiriləcək və seçki parlament seçkiləri ilə eyni vaxta düşəcək.

Məclisinin sədri postuna iki namizəd olub;  səsvermədə Ayətullah Haşimi Rəfsəncani 24 səs, Ayətullah Məhəmməd Yəzdi isə 47 səs toplayıb.

Qeyd edək ki, Üləmalar Məclisinə seçki qurumun keçmiş rəhbəri ayətullah Muhammud Rza Məhdivi Kaninin vəfatı ilə əlaqədar keçirilib. Konstitusiyaya görə bu qurum ölkənin ali rəhbərini müəyyən edir.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Mart, 2015  11:34 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!