|
• DünyadaAİP sədri 12 il müddətinə azadlıqdan məhrum edildiBu gün Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov, onun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev və Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, ruhanilər Seyyid Fəramiz Abbasov və Zülfüqar Mikayılzadənin cinayət işi üzrə məhkəmənin son iclası keçrilib. Məhkəmədə iştirak etmiş əməkdaşımızın bildirdiyinə görə, hakimi Eldar İsmayılov islamçılara artıq hökm oxuyub. Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov 12 il, Firdovsi Məmmədrzayev 10 il, əmisi oğlu Dəyanət Səmədov 10 il, partiyanın sədr müavini Vaqif Abdullayev 11 il, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə 11 il 6 ay, Seyyid Fəramiz 11 il azadlıqdan məhrum edilib. Zülfüqar Mikayılzadəyə isə 5 il sınaq müddəti olmaqla 5 il şərti hökm oxuyub. *** Əldə etdiyimiz məlumata görə, Polis təqsirləndirilənlərin məhkəmənin qarşısına toplaşan qohumları və tərəfdarlarını döyərək ordan uzaqlaşdırıb. Başı yarılanlar da olub. Eyvanlardan baxan qonşu binaların sakinləri polisin adamları söyüb, döyməsinə etiraz ediblər. Həbs edilənlər Nəsimi rayon polis idarəsinə aparılıblar. 15 nəfərə yaxın saxlanılan var. Onların arasında adlarını dəqiqləşdirdiyimiz Rauf Qarayev, Rəhim, Mirtofiq, Pərviz, Zöhrab, Araz Quliyev var. faktxeber.com Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Oktyabr, 2011 21:13 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |