7 Oktyabr, 2011
AİP sədri 12 il müddətinə azadlıqdan məhrum edildi

Bu gün Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov, onun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev və Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, ruhanilər Seyyid Fəramiz Abbasov və Zülfüqar Mikayılzadənin cinayət işi üzrə məhkəmənin son iclası keçrilib.

Məhkəmədə iştirak etmiş əməkdaşımızın bildirdiyinə görə, hakimi Eldar İsmayılov islamçılara artıq hökm oxuyub.  Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov 12 il, Firdovsi Məmmədrzayev 10 il, əmisi oğlu Dəyanət Səmədov 10 il, partiyanın sədr müavini Vaqif Abdullayev 11 il, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə 11 il 6 ay, Seyyid Fəramiz 11 il azadlıqdan məhrum edilib. Zülfüqar Mikayılzadəyə isə 5 il sınaq müddəti olmaqla 5 il şərti hökm oxuyub.

***

Əldə etdiyimiz məlumata görə, Polis təqsirləndirilənlərin məhkəmənin qarşısına toplaşan qohumları və tərəfdarlarını döyərək ordan uzaqlaşdırıb. Başı yarılanlar da olub. Eyvanlardan baxan qonşu binaların sakinləri polisin adamları söyüb, döyməsinə etiraz ediblər. Həbs edilənlər Nəsimi rayon polis idarəsinə aparılıblar. 15 nəfərə yaxın saxlanılan var. Onların arasında adlarını dəqiqləşdirdiyimiz Rauf Qarayev, Rəhim, Mirtofiq, Pərviz, Zöhrab,  Araz Quliyev var.

 faktxeber.com

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-288.html